Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Almaniyalı alim Mixael Raynhard Hess: Okamponun rəyi erməni maraqlarına onun güclü dəstəyini ifadə edir

Almaniyalı alim Mixael Raynhard Hess: Okamponun rəyi erməni maraqlarına onun güclü dəstəyini ifadə edir

Bakı, 24 avqust, AZƏRTAC

Almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı Mixael Raynhard Hess Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponun qərəzli rəyi ilə bağlı müfəssəl və əsaslandırılmış açıq etiraz məktubu göndərib və onu özünün feysbuk səhifəsində paylaşıb.

AZƏRTAC həmin məktubu təqdim edir:

“Hörmətli Luis Moreno Okampo,

Aşağıdakı açıq məktubdur və mən onu həm sizə göndərirəm, həm də eyni vaxtda feysbuk səhifəmdə paylaşıram.

Mən “Dağlıq Qarabağ” məsələsi ilə bağlı bir sıra kitablar və məqalələr dərc etdirmiş tədqiqatçı kimi, mövzu ilə bağlı avqustun 7-də dərc etdiyiniz ekspert rəyinə bəzi şərhlər verməyə cəsarət edirəm.

Təəssüf ki, sizin erməni maraqlarına güclü dəstəyinizi ifadə edərkən irəli sürdüyünüz bəzi iddialar açıq-aşkar diqqət yayındırmasa da, ən azı birmənalı deyil. Sizin “Ermənilər tərəfindən “Artsax” kimi tanınan “Dağlıq Qarabağ”da əsasən etnik ermənilər yaşayıblar və XX əsrdən çox müddət ərzində orada yaşayıblar” (6-cı səhifə) fikriniz tarixi keçmişdən xəbəri olmayanlar tərəfindən “Artsax” adlandırılan bölgənin 20 əsrdən artıqdır ki, etnik ermənilərin məskunlaşdığı ərazi kimi şərh edilə bilər. Düzdür, sizin fikirləriniz qeyri-müəyyən olduğu üçün başqa cür şərh oluna da bilər. Məsələn, bu, ermənilərin 20 əsrdir orada yaşadığını söyləmək kimi başa düşülə bilər. Lakin bu, onların mütləq üstünlük təşkil etməsi anlamına gəlmir. Çox istərdim ki, bu cür qeyri-müəyyənlik aradan qaldırılsın. Dünyanın aparıcı hüquqşünaslarından biri kimi, çox mühüm məsələlərdə anlaşılmazlığın aradan qaldırmağın nə qədər vacib olduğunu bilirsiniz.

Faktiki mahiyyətə gəldikdə isə heç bir erməni etimologiyası olmayan “Artsax” sözünün mənasının sizin qeyd etdiyiniz xronoloji sıralamada həqiqətən təsdiqlənə biləcəyi şübhə doğurur. Strabonun (təqribən e.ə.63-e.23) qeyd etdiyi “Orçistena” toponiminin (Bax, Mamedovanın istinad etdiyi erməni müəllifi Vardqes Mikaeljanın əsərləri, 1995: 110) “Artsax” ilə eyniləşdirilməsinin mümkünlüyünə dair erməni iddiaları yalnız spekulyativ xarakter daşıyır. Məndə olan məlumata görə, erməni dilinə heç bir aidiyyəti olmayan “Artsax” toponimi bizim eranın V əsrinədək geniş yayılmamışdı. Əlbəttə, nə bizim eranın başlanğıcı, nə də V əsrdən sonrakı dövrlər daxil olmaqla sonrakı müasir dövrlər üçün bizdə dəqiq demoqrafik statistika yoxdur. Bu o deməkdir ki, sözügedən bölgədə “əsasən ermənilərin yaşadığı” barədə fikrinizin bir şərhi də sadəcə olaraq spekulyativ xarakter daşıyır.

Bununla əlaqədar onu da xatırlatmaq istərdim ki, “Dağlıq Qarabağ” termini 1918-ci ildən sonra yaranmışdır və “Artsax” termini ən azı 1045-ci ildən 1921-ci ilə qədər rəsmi siyasi və ya inzibati termin kimi istifadə edilməmişdir. “Dağlıq Qarabağ” termininin ilk istifadəsinə gəlincə isə bu, ilk dəfə çox güman ki, Qarabağ ermənilərinin iyulun 22-dən 26-dək Azərbaycanın Şuşa şəhərində keçirilmiş I qurultayında istifadə edilib (ətraflı məlumat üçün bax: Mikaeljan et al. 1992: 13).; Avakian 2021 [2005]: 5; müq.Vəliyev/ Şirinov 2016: 66). Sizin öz versiyanızda dediyiniz kimi, əsrlər boyu fasiləsiz olaraq bu günə qədər işləndiyi güman edilən bir termin kimi görünən “Artsax” termini ən azı 1921-ci ilə qədər hətta ermənilərin özləri tərəfindən geniş istifadə edilməmişdi. Bunu, məsələn, Ermənistan SSR Xalq Komissarları Sovetinin 1921-ci il 12 iyun tarixli bəyannaməsi də sübut edir (rus dilində “Sovet narodnıx komissarov”). Bu bəyannamənin biri rus, biri erməni olmaqla iki versiyası mövcuddur. Erməni dilindəki versiyada rus dilindəki “Dağlıq Qarabağ” termini (rus dilində qeyd edilmiş) ermənicə “Լեռնային Ղարաբաղ” (Lēṙnayin Łarabaƚ) “Mountainous Karabakh” (bax: Mikaeljan et al. 1992: 636) erməni ifadəsi ilə tərcümə edilmişdi və bu ifadə ermənicə “dağlıq” sözündən və həm tarixi, həm də etimoloji cəhətdən Azərbaycan toponimi olan “Qarabağ” sözünün erməni dilində transkripsiyasından ibarətdir. Lakin bu sənəddə “Artsax”dan əsər-əlamət yoxdur. Qarabağın ənənəvi azərbaycanca adının əvəzində “Artsax”dan istifadə yalnız sonradan həm Sovet İttifaqı daxilində, həm də xaricdə erməni separatçı, şovinist və anti-Azərbaycan təbliğatı nəticəsində yayılmağa başlayıb. Eyni zamanda, bölgənin ənənəvi adı olan “Qarabağ” əsrlər boyu müxtəlif inzibati və siyasi sənədlərdə istifadə olunub və bu günə qədər istifadə olunmaqdadır (mövzu ilə bağlı bax: Heß 2020). Əgər fikirləşdiyiniz kimi, “Artsax” belə mühüm inzibati-siyasi, hətta tarixi toponim idisə, nə üçün Ermənistan SSR-in aparıcı siyasi orqanlarından birinin üzvləri 1921-ci ildə Azərbaycan sözündən istifadə etməli idilər? 1045-ci ilə istinad etməyimə gəlincə isə, bu, həqiqətən də Antik və Orta əsrlər dövründə mövcud olan Artsax vilayətinin erməni dövlətinin bir hissəsi olduğunu söyləməyin mümkün olduğu son il idi (Kalpakian 1993: 112). O vaxta qədər bu əyalətin tabe olduğu Baqratid Krallığı 1045-ci ildə Bizans imperiyasının (Asenbauer 1993: 21; Krikorian 1993: 71, 74), 1064-cü ildə isə Səlcuqların hakimiyyəti altına keçdi (Vryonis 1971: 89; Asenbauer: 391912; : 71, 74) və onun sovet Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ilə qismən üst-üstə düşən ərazisi sonralar heç vaxt erməni siyasi idarəçiliyi altına keçməyib. Bu mövzuda sitat gətirdiyiniz yeganə (qeyri-ekspert, jurnalist) istinadda (Light və Fulconbridge) iddia edilir ki, “Xristian olan ermənilər bu ərazidə eramızdan bir neçə əsr əvvələ qədər uzanan uzun tarixi hökmranlıq etdikləri iddiasındadırlar. Bununla belə, ərazidə (Qarabağ) iddia edilən “hakimiyyət” 1045-ci ildən sonra sona çatdığı üçün onun “qədim tarixə” aid olduğunu söyləmək olmaz. Təəssüf ki, Qarabağın tarixini şərh etmək üçün əsas kimi görünən yeganə istinadınız açıq şəkildə təhrifə əsaslanır.

Bu məqamda, icazə verin, Layt və Faulkonbricin (Felix Light and Guy Faulconbridge) xülasəsindəki başqa bir yanlışlığı diqqətinizə çatdırım. Deyilir ki, “Əsrlər boyu anklav farsların, türklərin, rusların, osmanlıların və sovetlərin təsiri altına düşüb”. Bu, uydurma bəyanatdır, çünki Qarabağın heç bir hissəsi, o cümlədən “Dağlıq Qarabağ” heç vaxt anklav olmayıb. Ümumiyyətlə, Layt və Faulkonbric nə etibarlı mənbə, nə də etibarlı tarixçilər hesab edilə bilməz. Onların son dərəcə qısa jurnalist işi Ermənistan-Azərbaycan münaqişəsinə dair informasiya ilə heç bir əlaqəsi olmayan cızma-qaradır. Bu, Qarabağ tarixinin imicini formalaşdırmaq üçün yeganə əsas kimi istifadə edilməməlidir.

“Artsax” antik termini arasındakı fərqi aradan qaldıraraq və onun XX əsrdə erməni millətçiləri tərəfindən müasir şəkildə yenidən təqdim edilməsi ilə bağlı olan bu işiniz, əslində, eramızın əvvəllərindən erməni toponimik, demoqrafik, siyasi və tarixi davamlılığını təklif etmək istəyən millətçi erməni diskursunu təbliğ edir. Lakin belə bir davamlılıq yoxdur.

Tarixi xülasənizin qalan hissəsində də bəzi faktoloji tarixi səhvlər var. Yarımfəslə 1988-ci il 20 fevral bəyanatı (a) ilə başlamaqla siz bu bəyannamənin 1987-ci ildə və hətta ondan əvvəl başlamış sistematik millətçi və qismən şovinist, təcavüzkar erməni separatçı hərəkatının nəticəsi olduğu faktını ört-basdır etmiş olursunuz. Sizin “Dağlıq Qarabağ”ın Ermənistana verilməsini tələb edən qətnamə qəbul etdiyi” iddianız da həm də qərarın mətni kimi (yalnız Vilayət Şurasının bəzi deputatları tərəfindən qəbul edilmişdir, onun azərbaycanlı üzvləri Şuranı tərk etmişdilər) qismən doğrudur. Qətnamə mətninin rusca orijinalını mənim aşağıdakı tərcüməmdə nəzərdən keçirək:

“Dağlıq Qarabağ Muxtar Vilayətinin əmək qabiliyyətli əhalisinin istəklərinə uyğun olaraq Azərbaycan SSR Ali Sovetindən və Ermənistan SSR Ali Sovetindən xahiş edirik ki, Dağlıq Qarabağın erməni əhalisinin gözləntilərini nəzərə alaraq, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi məsələsini həll etsin. Eyni zamanda, bu iki qurum Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi məsələsinin müsbət həlli ilə bağlı SSRİ Ali Soveti ilə vasitəçilik etsin”.

Sizin mütəxəssis rəyinizi oxuduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd həm tarixi fonun, həm də real vəziyyətin birtərəfli ermənipərəst şərhinə əsaslanır. Azərbaycanın “soyqırımı” törətmək üzrə olduğu fikrini dəstəkləyərək Rusiya Federasiyasının verdiyi bəyanatdan sitat gətirirsiniz və həmin sənədin qəbul edilməsini “diqqətçəkən” hesab edirsiniz (səh.8). Bu bəyanatda deyilir ki, bölgədəki Rusiya sülhməramlıları “Dağlıq Qarabağın mülki əhalisinin kütləvi şəkildə həlak olmasının qarşısını almalıdırlar”. Hörmətimizi bildirərək bunu da qeyd etməliyik ki, bu bəyanatı verən hökumət 1945-ci ildən bəri Avropanın ən dəhşətli müharibələrinə imza atmış, saysız-hesabsız qətllər və dəhşətli müharibə cinayətləri törətmiş, yalanlarla məşhur olan qurumlardan biridir. Ən önəmlisi isə ən azı 118 ildir ki, Ermənistan-Azərbaycan münaqişəsinə görə məsuliyyət daşıyan və Dağlıq Qarabağda ermənilər tərəfindən törədilən hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə həm də hərbi yolla iştirak etmiş ən önəmli güc strukturlarından biridir. Bu bəyanatı necə legitim hesab etmək olar? Belə bir bəyanat terrorizmi qanuniləşdirərək, tənqidi kontekstdən kənardır. Yaxud tarixi və ya siyasi faktlarla nisbiləşdirmədən sitat gətirmək yalnız Rusiya və Ermənistan təbliğatının maraqlarına xidmət edir və reallığın faktiki imicini yaratmağa heç bir fayda vermir.

Sonda isə onu qeyd etmək istəyirəm ki, Qarabağda “aclıq soyqırımı”nın baş verməsi ilə bağlı arqumentlərinizi həqiqətə uyğun hesab etmirəm. Məqalənizin 13-cü səhifəsində siz Soyqırımı Konvensiyasının II (c) maddəsinin tərtibi ilə əlaqədar Fransa tərəfindən edilmiş soyqırımla bağlı qeydə istinad edirsiniz. Fransanın mətnində deyilir ki, “[i]hər hansı bir qrup [sic - M. R. H.] sadəcə, müəyyən bir millətə, irqə və ya dinə mənsub olduğu üçün yox olmasını qaçılmaz edəcək qədər qısa rasiona yerləşdirilsəydi, bu da gerçəkləşərdi. Soyqırımı cinayət kateqoriyasına daxildir”.

Siz həqiqətən 120 min nəfərlik bir icmanın (bu, Ermənistanın iddia etdiyi rəqəmdir) Qarabağın geniş dağlıq rayonları kimi münbit bir bölgədə, təsərrüfatın və heyvandarlığın mümkün olduğu, sovet dövründə yüksək inkişaf etdiyi (Sovet İttifaqı zamanı təsərrüfatın əhəmiyyəti mövzusunda “Xlevnik 2018” sənədinə istinad edirəm) və təbii su ehtiyatlarının kifayət qədər olduğu ərazidə yayın ortasında aclıqdan ölə biləcəyinə inanırsınız?! Məqalənizdən də məlum olduğu kimi, separatçı ərazilərdən ağır xəstələrin təxliyəsi üçün tədbirlər görülüb. Bu, həm də təhlükəli qida çatışmazlığından əziyyət çəkən insanların çıxarıla biləcəyi deməkdir. Məqalənizdə aclığın (sizin mətninizin 15-ci səhifəsində göstərildiyi kimi) həqiqətən baş verdiyinə və ya bir qrup olaraq Dağlıq Qarabağ ermənilərini təhdid edə biləcəyinə dair hər hansı müsbət sübut və ya işarə yoxdur.

Hüquqşünas olmadığım üçün Beynəlxalq Ədalət Məhkəməsinin ilkin qərarı (səh. 15) ilə yerdəki reallıq arasında uyğunluq dərəcəsini ölçə bilmirəm. Bununla belə, hüquqşünas olmayan biri kimi belə görürəm ki, hətta Beynəlxalq Ədalət Məhkəməsi Qarabağın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “soyqırımı”ndan fakt kimi deyil, sadəcə, “inandırıcı” yanaşmasından danışır (səh. 15). İddia olunan blokadaya gəldikdə isə Beynəlxalq Ədalət Məhkəməsi bildirir ki, bu, - 16-cı səhifədə qeyd olunduğu kimi, - çox əhəmiyyətli müəyyən hüquqlar üçün “düzəldilməz nəticələrə səbəb ola bilər” (vurğulayıram). Bu isə onu bildirə bilərdi ki, həmin nəticələr yalnız bir ehtimaldır, müəyyən edilmiş fakt deyil.

Mətninizin əsas diqqət mərkəzində olan sırf hüquqi baxımdan kənar - Laçın dəhlizində Azərbaycan sərhəd-keçid məntəqəsinin yaradılmasının soyqırımına hazırlıq vasitəsi kimi şərh oluna biləcəyi ilə bağlı iddianıza inanmıram. Bir çox ölkələrin, o cümlədən ABŞ və Avropa İttifaqının xarici sərhədləri olan ölkələrinin insan və malların qaçaqmalçılığının qarşısını almaq məqsədilə oxşar sərhəd-keçid məntəqələri var, lakin onlar soyqırımı hazırlamaqda ittiham olunmur.

Prezident İlham Əliyevin qeyd etdiyi qaçaqmalçılıq hadisəsi ilə bağlı təhlilinizdə başqa bir ziddiyyətli məqam görürəm (səh. 20). Siz bir tərəfdən yazırsınız ki: “Beynəlxalq Qırmızı Xaç Komitəsi hadisəyə aydınlıq gətirib”. Digər tərəfdən, eyni səhifədə yazırsınız ki: “Qaçaqmalçılıq halları düzgün araşdırılmalıdır...”. Bir hadisəyə aydınlıq gətirilib, amma, eyni zamanda, “araşdırılmalıdır” deməyiniz tutarlı görünmür, ən azı mənim gözümdə. Əgər araşdırmalar hələ də aparılmalıdırsa, bu o deməkdir ki, hər şey aydınlaşdırılmayıb.

Bir daha qeyd edirəm ki, mən nə hüquqşünas, nə də soyqırımı üzrə mütəxəssis deyiləm. Bir şəxsi və ya bir dövləti soyqırımı törətməkdə ittiham etmək mənə mümkün olan ən sərt ittihamlardan biri kimi görünür. Nəticə etibarilə belə bir ittiham yalnız onun etibarlılığına dair bütün şübhələr tamamilə aradan qaldırıldıqda verilməlidir. Açığını deyim ki, mətninizə daxil etməyi seçdiyiniz tarixi məqalədəki qüsurlar və qeyri-dəqiqliklər, eləcə də burada aydın görünən ziddiyyətlər, mənim fikrimcə, hökmün tələb olunduğu qədər etibarlı və aydın ola bilməyəcəyini göstərir.

Hörmətlə,

Dr. Mixael Raynhard Hess”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinə rəsmən start verir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yaziçisi Elçinin Türkiyədə yeni kitabi çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC-in “Məzun günü” keçirilib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi VİDEO

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ