KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq
Bakı, 29 iyun, AZƏRTAC
Polşa yaxın bir neçə gün ərzində Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin gələn həftə Varşavaya səfər edəcəyi gözlənilir. İkitərəfli təhlükəsizlik sazişi bu səfər çərçivəsində imzalanacaq.
Vəziyyətlə yaxından tanış olan mənbənin sözlərinə görə, tərəflər sənədi iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammiti başlamazdan əvvəl imzalamağı vacib hesab edirlər. Ukraynanı dəstəkləyən ölkələrin ön sıralarda olan Polşa hökuməti bununla sammit iştirakçılarına Kiyevə daha çox kömək edilməli olduğuna dair siqnal göndərmək istəyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]