Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AMEA-da dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr edilən elmi konfrans keçirilib VİDEO

Bakı, 14 oktyabr, K.Əliyeva, G.Məlikova, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr edilən “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans və “Müstəqillik yollarında - 25” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra elmin inkişafına göstərilən xüsusi diqqətdən, son illərdə ölkə həyatının bütün istiqamətlərində, o cümlədən elm sahəsində qazanılan uğurlardan danışıb.

“Zaman, müasir inkişaf və elm” mövzusunda çıxış edən akademik bildirib ki, ulu öndər Heydər Əliyevin dövlətçilik təlimində elm amili daim aparıcı mövqeyə malik olub. Ölkəmizdə müasir cəmiyyət quruculuğunun sonrakı mərhələlərində də elmin inkişafına xüsusi diqqət yetirilib. Beləliklə, zaman, müasir inkişaf və elm bir-birini üzvi surətdə tamamlayıb.

A.Əlizadə vurğulayıb ki, Azərbaycan elmi görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə böyük inkişaf yolu keçib. Heydər Əliyev epoxasının Azərbaycan Elmlər Akademiyası Sovetlər İttifaqında tanınmış mühüm elmi qurumlardan birinə çevrilib.

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə elmin inkişafına göstərilən xüsusi diqqətdən, AMEA-nın fəaliyyəti üçün yaranmış təhlükənin aradan qaldırılmasından söz açan akademik deyib: “Müstəqillik illərində ölkənin sosial-iqtisadi, mədəni-mənəvi tərəqqisinə adekvat olaraq inkişaf edən sahələrdən biri də elmi fəaliyyət sahəsidir. Son 25 ildə bütün sferalarda olduğu kimi, milli sərvətimizin tərkib hissəsi olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən birini təşkil edib. Bu illər ərzində istər elmin maddi-texniki bazasının gücləndirilməsi, istər infrastrukturunun müasir tələblər səviyyəsində təşkili, istərsə də prioritetlərinin dünya elminin inkişaf tendensiyaları və ölkənin tələblərinə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib”.

Akademik A.Əlizadə bildirib ki, elmin cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi və müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında daha yaxından iştirakının təmin edilməsi məqsədilə ümummilli lider Heydər Əliyev 2001-ci il 15 may tarixli Fərmanı ilə ölkənin əsas intellektual potensialının cəmləşdiyi Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusunu verib. Bu status vaxtilə sovet elm sisteminin tərkib hissəsi kimi formalaşmış və inkişaf etmiş Azərbaycan elminin müstəqillik mərhələsinin tələblərinə uyğun olaraq milli əsaslar üzərində yenidən təşkilində müstəsna rol oynayıb.

Akademik deyib ki, Ulu Öndərin parlaq zəkası, böyük xidmətləri və çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycan hərtərəfli inkişaf edib, əsrlərə bərabər yol keçib. Böyük iqtisadi yüksəliş, sənayeləşmə, elmin, mədəniyyətin və təhsilin yüksək inkişafı ölkəmizi və xalqımızı daim irəliyə aparıb. Heydər Əliyev epoxası böyük inkişafın möhkəm təməlləri deməkdir.

Qeyd olunub ki, dövlət müstəqilliyimizin hələ kövrək məqamlarını yaşadığı ötən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədi, sarsılmaz, dönməz olduğunu böyük inam və qətiyyətlə bütün dünyaya bəyan edib.

Akademik A.Əlizadə elmimizin müasir zamanın çağırışlarından və ölkəmizin sosial-iqtisadi, mədəni-mənəvi inkişafından irəli gələn vəzifələrin həyata keçirilməsinə, bütövlükdə müstəqil Azərbaycanın çiçəklənməsinə bundan sonra da töhfələrini verəcəyinə əminliyini bildirib.

“Müstəqillik yollarında - 25” kitabının əhəmiyyətindən danışan akademik A.Əlizadə qeyd edib ki, nəşrdə Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpa olunmasının 25 ili ərzində cəmiyyət həyatının əsas sahələri üzrə keçilmiş məsuliyyətli və şərəfli yoldan, qazanılan mühüm nailiyyətlərdən bəhs edilir. Prezident İlham Əliyevin “Hesab edirəm vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı əsər yaradılarsa, bayramımıza çox gözəl töhfə olar” sözlərini xatırladan akademik dövlətimizin başçısının tövsiyəsi ilə hazırlanan bu kitabı Azərbaycan alimlərinin əlamətdar yubileyə mühüm töhfəsi kimi dəyərləndirib.

Bildirilib ki, “Müstəqillik yollarında-25” məqalələr toplusu üç fəsildən – “Müstəqil Azərbaycan dövlətinin müqəddəratı: itirilmə təhlükəsindən – sabitliyə, quruculuğa və inkişafa”, “Azərbaycan Respublikası müasirləşmə və modernləşmə yollarında (2003-2016)”, “Mənəvi mühitin müasir siması” fəsillərindən ibarətdir. Kitabda tanınmış elm adamlarının Azərbaycanda dövlət müstəqilliyinin bərpasının ilk dövrlərində ölkədəki ictimai-siyasi vəziyyət, demokratik-hüquqi dövlət quruculuğu prosesi, müstəqillik illərində multikulturalizm və tolerantlıq, xarici siyasət sahəsində qazanılan uğurlar və perspektivlər, müstəqil dövlətçiliyin Azərbaycan modeli, iqtisadi böhrandan sabitliyə aparan yollar və digər məsələlərə həsr olunan məqalələri yer alıb.

“Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüş, 628 səhifədən ibarət “Müstəqillik yollarında” məqalələr toplusunun məsul redaktoru akademik İsa Həbibbəylidir.

Akademik A.Əlizadə vurğulayıb ki, “Müstəqillik yollarında-25” kitabı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə nəşr edilib. Kitab akademik Ramiz Mehdiyevin “Dövlət müstəqilliyi: Heydər Əliyev fenomeni və müasir dövr” adlı məqaləsi ilə açılır. Milli dövlət quruculuğu və bu prosesdə “milli siyasi lider” amilinin həlledici rolundan bəhs edən məqalədə XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi səciyyələndirilir. Müəllif yazır ki, tarixin bu dövründə baş verən hadisələr dahi şəxsiyyət Heydər Əliyevi yenidən siyasi səhnəyə gətirdi. Dünya siyasi tarixində baş verən hadisələrin mürəkkəbliyi, bir quruluşa malik dövlətlərin məhvi, digərlərinin yaranması baxımından XX əsrin sonları heç bir dövrlə müqayisə edilə bilməz. Azərbaycan mövcud olduğu coğrafiya, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə tarix boyu diqqət mərkəzində olub və belə bir dövlətin lideri olmaq xüsusilə çətindir.

Akademik Ramiz Mehdiyev məqaləsində qeyd edir ki, Heydər Əliyevin siyasi xidmətlərini dəyərləndirmək üçün, ilk növbədə, onun hakimiyyətə gəlişi zamanı mövcud olan dəyişiklik və inqilab dalğasının nə qədər güclü mənbələrdən yönəldildiyini yada salmaq kifayətdir. Xarici və daxili siyasi milli gündəlikdə duran məsələlərin mürəkkəbliyi, antiazərbaycançı qüvvələrin son dərəcə fəallaşması səhv etmək imkanlarını tükəndirmişdi.

Milli dövləti və milli lideri müasir tarixin fenomeni adlandıran akademik Ramiz Mehdiyev vurğulayır ki, milli dövlətin yaranmasında və inkişafında, milli birliyin və maraqların təmin edilməsində milli liderin tarixi rolu əvəzedilməzdir. Çünki bütün bu məsələlərin həlli onun şəxsi keyfiyyətlərinə, inamına və təcrübəsinə əsaslanır. Milli maraqlar millətin gələcək inkişaf məqsədlərinin təyin edilməsi ilə səciyyələnir. Dövlət başçısı bu məqsədlərin və ona nail olmaq üçün vasitələrin seçimini, fəaliyyət planının hazırlanmasını təmin etməklə milli maraqların müəyyənləşməsində əsas rolu öz üzərinə götürür. O, riskləri və mövcud vasitələri dəyərləndirir, ölkənin xoşbəxt gələcəyini təmin edəcək yeni perspektivlər haqqında qərarlar verir. Məhz Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirildi. Bu illərdə xalqımız qeyri-adi cahanşümul tarixi proseslərin içərisində oldu. Bir dövlət quruluşu yox oldu, yerində yeni milli dövlət yarandı, dünyanın siyasi xəritəsi kökündən dəyişdi. Bu siyasi xəritədə nüfuzu bütün dünyada etiraf edilən Azərbaycan adlı məmləkət müstəqilliyini bərpa etdi.

Tədbirdə “Müstəqil dövlətçiliyin Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın sürətli inkişafında və dünya ölkələri sırasında nüfuzlu mövqe tutmasında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışıb. Bildirilib ki, Azərbaycan Respublikasında müstəqil dövlətçiliyin inkişaf modelinin formalaşdırılması görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndər Azərbaycanda müstəqil dövlət quruculuğunun baş memarı kimi ölkəmizin tarixi salnaməsinə zəngin və parlaq səhifələr yazıb. Akademik İ.Həbibbəyli Azərbaycanın müasir tarixinin 35 ilə yaxın böyük bir dövründə Ulu Öndərin keçdiyi çətin və şərəfli yolun, göstərdiyi tarixi xidmətlərin, əldə etdiyi mühüm nəticələrin müasir inkişafın Azərbaycan modelinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.

İ.Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin təməl prinsiplərindən biri olmuş azərbaycançılıq təliminin daha da inkişaf etdirilməsinə böyük töhfələr verir. Ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının ənənə halını alması, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi cəmiyyətdə azərbaycançılıq şüurunu və məfkurəsini dərinləşdirir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinin ölkəmizdə ardıcıllıqla davam etdirildiyini söyləyən AMEA-nın vitse-prezidenti müstəqil dövlətçiliyin Azərbaycan modelinin müasir inkişafın əsas hədəflərini özündə əks etdirdiyini və daha işıqlı sabahlara çatmaq üçün real təminat verdiyini vurğulayıb.

Sonra konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin "Müstəqillik illərində multikulturalizm və tolerantlıq" mövzusunda məruzəsi dinlənilib. Akademik bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ölkəmizdə əsrlərdən bəri formalaşmış multikulturalizm və tolerantlığın sonrakı inkişafı üçün əlverişli şərait yaradıb. Ümummilli lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik (multikultural) ənənəsini bərpa edərək onu keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Akademik K.Abdullayev Azərbaycanın multikultural ənənəsinin dövlət tərəfindən qorunması istiqamətində həyata keçirilən işlər sırasında Ümummilli Liderin göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasını xüsusi vurğulayıb. Dövlət müşaviri deyib: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən multikulturalizm siyasəti xalqımızın həyat tərzinə çevrilərək Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsini bir sıra ölkələr üçün örnək kimi təqdim edir”.

Tədbirdə daha sonra AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudovun “Azərbaycanda dövlət müstəqilliyinin başlanğıc dövrü: çaşqınlıqdan inama və inkişafa doğru”, Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin “Müstəqil dövlətçiliyin siyasi-ideoloji əsaslarının formalaşdırılması prosesləri: Azərbaycançılıq”, AMEA-nın müxbir üzvü Əli Nuriyevin “İqtisadi böhrandan sabitliyə, müstəqil dövlət quruculuğuna, islahatlara və inkişafa”, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının “Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin əsasları və müasir dövr”, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “Demoqrafik proseslərdə dəyişmələr və məşğulluq problemlərinin həlli”, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “Əhali coğrafiyasının reallıqları: inkişaf dinamikası, məskunlaşma, resurslar və perspektivlər”, Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun “Azərbaycan Respublikasında dövlət dili siyasətinin möhkəmləndirilməsi” və Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Milli mədəniyyətin inkişafında yeni mərhələ” mövzularında məruzələri dinlənilib.

AMEA-da dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr edilən elmi konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz də praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir