Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi qeyd olunub

Naxçıvan, 6 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev Muzeyini ziyarət edən kollektiv Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub.

Daha sonra AMEA-nın Naxçıvan Bölməsində bölmənin 20 illik fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Rəsmi hissə ilə davam edən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Naxçıvan Muxtar Respublikasında elmin inkişafındakı səmərəli fəaliyyətinə görə təltif edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını akademik İsmayıl Hacıyevə təqdim edib.

Emin Məmmədov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin böyük önəm verdiyi Azərbaycan elminin inkişaf konsepsiyası bu gün dövlət siyasətinin mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 14 iyun tarixli Fərmanı ilə “Elm haqqında” Qanunun qəbul edilməsi, 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilməsi ölkəmizdə elmin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib.

Dövlət elm siyasətinin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının Mükafatlar Komissiyası, 2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu təsis edilib. Bu günədək Bilik Fondunun dəstəyi ilə muxtar respublikada çoxlu sayda kitab və jurnallar nəşr edilib.

Vurğulanıb ki, Ali Məclis Sədrinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada müasir elmi nəticələrin əldə olunmasında, alimlərin elmi-tədqiqat layihələrinin uğurlu tətbiqində, gənc alimlərin formalaşmasında, elm və təhsilin inkişafı istiqamətində yeni bir mərhələ təşkil edib.

Diqqətə çatdırılıb ki, 20 illik fəaliyyəti dövründə AMEA-nın Naxçıvan Bölməsi bir çox elmi nailiyyətlər əldə edib, vacib elmi araşdırmalarla məşğul olub. Muxtar respublika üçün mühüm istiqamətlər üzrə tədqiqatların aparılmasına diqqət artırılıb, yüksək elmi əhəmiyyətli kitab və monoqrafiyalar hazırlanıb. Bu gün də bölmə qarşısında duran bir sıra mühüm vəzifələr mövcuddur. Naxçıvanın tarixi, arxeologiyası, mədəniyyəti, xalqımızın milli dəyərləri, ədəbi-bədii fikir tarixi, etnoqrafiyası və folklorunun öyrənilməsi istiqamətində tədqiqatların davam etdirilməsi, milli-mənəvi dəyərlərlə bağlı məsələlərin azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırılması, müasir texnologiyaların mənimsənilməsi və digər məsələlər bundan sonra da qarşıda duran vəzifələrdəndir. İnanırıq ki, AMEA-nın Naxçıvan Bölməsi bundan sonrakı fəaliyyətində də Azərbaycan elmini zənginləşdirəcək, tariximizin, ədəbiyyatımızın öyrənilməyən səhifələrinə aydınlıq gətirəcək.

Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin yaradılması, 20 illik fəaliyyəti dövründə əldə olunan mühüm elmi nailiyyətlər barədə ətraflı məlumat verib. Akademik bildirib ki, Naxçıvan Regional Elmi Mərkəzi, Naxçıvan Elmi-Tədqiqat Bazası, Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyaları əsasında yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 6 elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir. Hazırda bölmədə 2 nəfər AMEA-nın həqiqi üzvü, 4 müxbir üzvü, 5 elmlər doktoru, 51 fəlsəfə doktoru olmaqla, ümumilikdə, 92 elmi işçi tədqiqatla məşğuldur. Elmi əməkdaşlardan 47 nəfərinin professor və dosent adı vardır. Cari ilin birinci yarısında 3 nəfər elmlər doktoru, 1 nəfər fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə edib.

Hər bir elmi müəssisənin, elmi işçinin fəaliyyətinin əsas göstəricisinin yazdığı tədqiqat əsərlərində əksini tapdığını deyən İsmayıl Hacıyev diqqətə çatdırıb ki, bölmənin fəaliyyəti dövründə əməkdaşların 10849 əsəri, o cümlədən 260 monoqrafiyası, 240 kitabı nəşr olunub. Əsərlərdən 30 monoqrafiya, 19 kitab və 2176 elmi məqalə, bütövlükdə, 2309-u xarici ölkələrdə çapdan çıxıb. Elmi məqalələrdən 358-i “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilib. Əməkdaşların əsərlərinə 1690 istinad qeydə alınıb. Bölmə əməkdaşları bu günədək 37 patent alıb, 4-ü beynəlxalq olmaqla 23 qrand layihəsində qalib olub.

Akademik Naxçıvan Bölməsinin beynəlxalq əlaqələri, əməkdaşlıq etdiyi elm və təhsil müəssisələri, aparılan ekspedisiyaların müvəffəq nəticələri, habelə elmdən istehsala prinsipi əsasında görülən işlər, istehsal olunan məhsullar haqqında tədbir iştirakçılarını məlumatlandırıb, elmlə təhsilin inteqrasiyası ilə bağlı bölmənin fəaliyyətindən söz açıb.

İsmayıl Hacıyev Naxçıvan Bölməsinin müasir standartlara uyğun maddi-texniki baza ilə təmin edildiyini, elm adamlarının hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirib. Bölmə rəhbəri bu diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin onlayn formatda çıxışı dinlənilib. Akademik AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasını Azərbaycan elminin inkişafında mühüm əhəmiyyətə malik olan hadisə kimi qiymətləndirib. O, bölmənin Naxçıvanın təbii sərvətlərinin, tarixinin, mədəni irsinin və müasir inkişafının öyrənilməsi sahəsində uğurla fəaliyyət göstərdiyini nəzərə çatdırıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev AMEA-nın Naxçıvan Bölməsini təsis etməklə Naxçıvan alimlərinin qarşısına əsrlərdən bəri tarixi Azərbaycan torpaqlarına göz dikən erməni vandallarına və onların tərəfdarlarına konkret elmi əsaslarla, elmi həqiqətlərlə cavab vermək missiyası qoyub. Bu missiyanın uğurlu icrası nəticəsində qədim Oğuz yurdu Naxçıvanın ən qədim zamanlardan Azərbaycana məxsusluğunu sübut edən fundamental əsərlər ərsəyə gəlib. Naxçıvan Bölməsi ötən 20 il ərzində Azərbaycan elminin Naxçıvan məktəbini formalaşdırıb. Bölmənin fəaliyyəti elmin, dövlətçiliyin, vətənpərvərliyin sintez halında olması ilə səciyyələnir.

İsa Həbibbəyli bölmə alimləri tərəfindən elmin müxtəlif sahələri üzrə görülən işlər, əldə olunan nailiyyətlər haqqında fikirlərini çatdırıb. Bu inkişafın alimlərin yorulmaz fəaliyyəti ilə yanaşı, elmə, elm adamlarına yaradılan münbit şəraitdən qaynaqlandığını bildirib. Akademik Naxçıvanın elm mühitini AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək muxtar respublikada elmin inkişafı sahəsində görülən mühüm işlərdən danışıb. Bölmənin təhsil müəssisələri ilə səmərəli əməkdaşlığından bəhs edən nazir deyib ki, bölmə alimləri tədris etdikləri nümunəvi və interaktiv dərslər zamanı şagirdlərin elmi biliklərini zənginləşdirməklə yanaşı, həm də gənc nəsil üçün nümunədirlər. “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərindəki orta ümumtəhsil məktəbləri şagirdlərinin bölmə alimləri tərəfindən tədqiqatlara cəlb edilməsinin, əldə olunan uğurlu nəticələrin məktəblilərdə elmə marağın artırılmasında böyük əhəmiyyəti vardır.

Yubiley tədbirində Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov AMEA Naxçıvan Bölməsində təbiət elmləri sahəsində görülən işlər, WWF və IDEA ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırmalar və bölmə alimlərinin əldə etdikləri elmi nəticələrdən bəhs edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək təmsil etdiyi institutun 20 illik fəaliyyətinin fundamental əsərlərdə, kitab və monoqrafiyalarda əksini tapdığını bildirib. Qeyd olunub ki, beynəlxalq və yerli arxeoloji ekspedisiyalar zamanı aşkara çıxarılan elmi həqiqətlər bölgənin qədim insanların əsas yaşayış məskənlərindən biri olduğunu sübut edib, bu faktlar beynəlxalq elmi ictimaiyyətə çatdırılıb.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən gənclər siyasəti barədə çıxış edən Təbii Ehtiyatlar İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, gənc alim Eltun İbrahimov AMEA Naxçıvan Bölməsinin gənc əməkdaşlarının bu siyasətdə rolu və elmin inkişafına verdikləri töhfədən bəhs edib.

Çıxışların ardından bölmənin 10 əməkdaşı səmərəli elmi fəaliyyətinə görə AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif edilib. Sonda AMEA Naxçıvan Bölməsinin 20 illik fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi Qrupları yaradılmalıdır

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO