ELM VƏ TƏHSİL
AMEA-nın rəyasət heyətinin növbəti iclası olub
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası olub.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun 70 illiyi ilə bağlı görülən hazırlıq işlərindən danışıb, gündəlikdəki məsələlər barədə məlumat verib.
Akademik A. Əlizadə Azərbaycanda su ehtiyatları problemlərindən bəhs edərək ölkədə su ehtiyatları və mənbələrinin yenidən qiymətləndirilməsi ilə bağlı tədqiqatlara başlanıldığını da diqqətə çatdırıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, akademik Rasim Əliquliyev məruzələrlə çıxış ediblər.
İclasda AMEA-da “Akademkitab” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) təsis edilməsi məsələsi müzakirə olunub, İnformasiya Texnologiyaları İnstitutunda Multimedia Qalereyasının yaradılması haqqında qərar qəbul edilib.