AMERİKALI PROFESSOR ERMƏNİLƏRİN SOYQIRIMI UYDURMASINI İFŞA EDƏN TARİXİ FAKTLARDAN DANIŞMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 5-də Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında keçirilən “Osmanlı imperiyasının son illərinə baxış” adlı seminarda çıxış edən ABŞ-ın Kentuki ştatının Luisvil Universitetinin professoru, tarixçi alim Castin Makkarti ermənilərin soyqırımı uydurmasını ifşa edən tarixi faktlardan danışmışdır. Tarixçi alim Osmanlı imperiyasına dair apardığı araşdırmalara əsasən tam qətiyyətlə demişdir ki, ermənilərin türklərin soyqırımına məruz qalmalarına dair iddiaları uydurmadır. Bu faktları aşkara çıxardığım üçün erməni lobbisinin güclü müqaviməti ilə üzləşirəm. Onlar bizimlə üz-üzə gəlməkdən çəkinsələr də, maneə törətmək məqsədi ilə xəlvəti işlər görürlər. Amma mən tarixçiyəm və işim tarixi həqiqətləri öyrənməkdir.
Xatırladaq ki, Osmanlı İmperiyası və müasir Türkiyə, Orta Asiya üzrə araşdırmalar aparan professor C.Makkarti 11 kitabın müəllifidir. Bu yaxınlarda onun “Vanda erməni üsyanı” adlı kitabı da nəşr olunmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]