DÜNYA
Angela Merkelə BMT strukturunda iş təklif edilib
![Angela Merkelə BMT strukturunda iş təklif edilib](/files/2022/1/1200x630/1642588762302367123_1200x630.jpg)
Bakı, 19 yanvar, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş Almaniyanın sabiq kansleri Angela Merkelə qurumda yüksək səviyyəli müşavir postunu təklif edib.
AZƏRTAC xəbər verir ki, DPA agentliyi bu barədə beynəlxalq təşkilatdakı mənbəyə istinadla məlumat yayıb.
Angela Merkel Antonio Quterreşin təklifinə hələ cavab verməyib. Onun bu təklifi qəbul etməyəcəyi ehtimal olunur.
Qeyd edək ki, 16 il Almaniyanın kansleri vəzifəsində çalışan Angela Merkel beşinci müddətə namizədliyini irəli sürməyib. 2021-ci ildə bu postda onu sosial-demokrat Olaf Şolts əvəz edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [13:05]
Polşa ATƏT-dəki nümayəndəliyini bağlayır
- 01.07.2024 [12:26]
Monqolustanda yeni qanuna əsasən 32 qadın parlamentə seçilib
- 01.07.2024 [12:25]
BMT-nin 2024-cü il üçün Davamlı İnkişaf Hesabatı açıqlanıb
- 01.07.2024 [12:02]
Avstraliya əcnəbi tələbələr üçün viza rüsumlarını ikiqat artırır
- 01.07.2024 [11:46]
Fransada seçkilərdən sonra etiraz aksiyaları başlayıb VİDEO
- 01.07.2024 [11:45]