Angela Merkelin federal kansler postuna təyinatı təsdiqlənib
Bakı, 14 mart, AZƏRTAC
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Angela Merkelin bundestaqda kansler seçilməsindən sonra onu bu vəzifəyə təsdiqləyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mərasim martın 14-də prezident iqamətgahında - Berlindəki Belvyu sarayında keçirilib.
Bu gün səhər saatlarında Bundestaqın 709 deputatından 692-si Merkelin namizədliyi ilə bağlı keçirilən gizli səsvermədə iştirak edib. Minimum 355 səs lazım olduğu halda, 364 deputat Merkeli dəstəkləyib.
Gizli səsvermənin nəticələri deputatlar tərəfindən sürəkli və uzun sürən alqışlarla qarşılanıb.
Prezidentin təsdiqindən sonra yeni seçilən kanslerin Bundestaqa qayıdaraq and içəcəyi gözlənilir. Yerli vaxtla saat 13:30-da isə Berlində Almaniya hökumətinin formalaşdırılması başa çatmalıdır. Yeni hökumətin ilk iclası artıq günün ikinci yarısında baş tuta bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]