Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Ankara həqiqətləri gördü”
Prezident Administrasiyasının şöbə müdiri, professor Əli Həsənovun Türkiyənin “Cümhuriyyət” qəzetinə müsahibəsi belə adlanır

Bakı, 23 aprel (AZƏRTAC). Aprelin 22-də Türkiyənin nüfuzlu “Cümhuriyyət” qəzetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun “Ankara həqiqətləri gördü” sərlövhəli müsahibəsi dərc edilmişdir.

Müsahibədə professor Əli Həsənov Ermənistan və Türkiyə arasında imzalanan protokollar, Azərbaycan-Türkiyə əlaqələri, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə fikirlərini qəzetin müxbiri Leyla Tavşanoğlu ilə bölüşmüşdür.

AZƏRTAC müsahibəni təqdim edir.

- Ermənistan ilə məlum sərhəd məsələsindən sonra Türkiyə-Azərbaycan əlaqələrində müəyyən qədər soyuqluq yaranmışdı. Azərbaycan “bir millət, iki dövlət” fəlsəfəsinə sadiq qalaraq Ankaranın Ermənistanla sərhədlərin açılması məsələsini özünə qarşı səhv addım kimi qiymətləndirdi. Bu gün əlaqələr nə vəziyyətdədir?

- O dövrdə yaşananlar Türkiyə ilə əlaqələrimizdə bir imtahan idi. Hər ikimiz də o imtahandan üzüağ çıxdıq. Türkiyə hökuməti də, Azərbaycan hökuməti də xalqlarımızın bizdən gözlədiklərini yerinə yetirdi. Xalqlarımız iki dövlətin kədərinin də, sevincinin də bir olduğuna inanır. Birimizin bir milyondan çox insanı pərişan bir vəziyyətdə yaşayarkən, o birinin həmin insanları pərişanlığa düçar edən dövlətlə əlaqələr qurması mümkün deyildir. Xalqlarımızın iradəsi belədir. Türkiyənin hörmətli Prezidenti və Baş nazirinin xalqın iradəsinə arxalanaraq sərhəd məsələsini birdəfəlik qapadıqlarına görə təşəkkür edirik. Ermənistan hələ də Azərbaycan torpaqlarının işğalını davam etdirir və sülhə gəlməyənədək Türkiyə də Ermənistan ilə sərhədlərini bağlı saxlamaqda davam edəcəkdir. Əslində sınağından çıxdığımız bu imtahan əlaqələrimizi daha da yaxşılaşdırmağa kömək etdi. Bu imtahanı keçdikdən sonra Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana daha çox etibar etməyə başladı. Ulu öndər Heydər Əliyevin dövründə başlanan əlaqələr və ikitərəfli layihələr olduğu kimi davam edir. Bu gün daha praqmatik bir vəziyyətə gəlmişik.

- Necə praqmatik?

- Azərbaycan bu gün Türkiyəyə böyük bir sərmayəçi dövlət olaraq gəlir. PETKİM-də ortaq işlərimiz vardır. Bizim SOCAR şirkəti Türkiyəyə böyük sərmayələr yatırır. On il ərzində biz Türkiyəyə on milyard dollardan çox sərmayə qoyacağıq. Sərmayə deyərkən biz bunlara sahiblənməyəcəyik. Türkiyədə on minlərlə yeni iş yeri açacağıq. Həmişə dostluqdan söhbət açılır, amma ortada bir iş görülməsə olmaz.

Bundan başqa, keçən il Azərbaycandan Türkiyəyə bir milyona qədər turist gəldi. Bunu da söyləməliyəm ki, azərbaycanlı turistlər Türkiyədə yaxşı pul xərcləyirlər. Bir də azərbaycanlı iş adamları Türkiyədə turizm obyektləri, otellər açırlar. Deyəcəyim odur ki, bugünkü əlaqələrimiz xalqlarımızın istəklərinə uyğun olaraq inkişaf edir.

- Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlanmasından iyirmi ildən çox vaxt keçdi. Hələ də Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayon ilə bağlı məsələ həll olunmamışdır. Bundan sonra nələr baş verə bilər?

- Bu, əlbəttə, Azərbaycan hökumətinin iradəsindən kənarda inkişaf edir. 1991-1992-ci illərdə ermənilər bu torpaqları qonşu dövlətlərin köməyi ilə işğal etdilər. Həmin torpaqlarda etnik təmizləmə aparan ermənilər bir milyon azərbaycanlını ev-eşiklərindən qovdular.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu illərdir bu məsələni həll etməyə çalışır. Artıq status-kvoya son qoyulmalıdır. Artıq ermənilər torpaqlarımızın işğalını, bir milyondan çox soydaşımızı məcburi köçkünlüyə məhkum etməyi davam etdirə bilməzlər. Biz bu iradəni ortaya qoymuşuq. Ya Minsk qrupu sülh yolu ilə Azərbaycan torpaqlarının işğalına son qoymalıdır, ya da biz o torpaqları müharibə yolu ilə azad edəcəyik.

- Türkiyə xüsusilə Qərb dünyasında davamlı olaraq “erməni soyqırımı” törətməkdə günahlandırılarkən ermənilərin Xocalıda həyata keçirdikləri soyqırımından bəhs edən yoxdur. Sizcə niyə?

- Türkiyə və Azərbaycanın qarşısında soyqırımı ilə bağlı iki problem vardır. Bu problemlərdən biri olmayan 1915-ci il soyqırımı çərçivəsində bütün dünyanın ermənilər tərəfindən ayağa qaldırılması və Türkiyənin təhdid edilməsidir. Hər il Türkiyə ilə Azərbaycan bu məsələ ilə bağlı ciddi mübarizə aparmalı olur. Bir də ermənilərin Xocalıda törətdikləri həqiqi soyqırımı mövcuddur. 1992-ci ildə azərbaycanlılara qarşı törədilən bu soyqırımının üzərindən 20 il keçdi, amma heç kimin səsi çıxmır. Ermənilər iyirmi il əvvəl bir Azərbaycan şəhərini yerlə yeksan etdilər, 600-dən çox azərbaycanlını öldürdülər. Real soyqırımı budur.

Bizim problemimiz ermənilər tərəfindən törədilmiş bu real soyqırımını dünyaya tanıtmaqdan ibarətdir. Həm Türkiyənin, həm də Azərbaycanın soyqırımla əlaqədar Ermənistan ilə problemləri vardır. Biz artıq bütün dünyaya ermənilərə qarşı tarixdə heç bir soyqırımı olmadığını, ermənilərin özlərinin törətdikləri soyqırımı həqiqətini qəbul etdirəcəyik. Əlbəttə, işimiz çətindir. Çünki ermənilərin dünyada güclü havadarları, böyük diasporları vardır. Xristian olduqları üçün onları dünyanın bütün böyük xristian dövlətləri dəstəkləyir.

Deyirlər ki, “Türkiyə Ermənistana qucaq açsa, onlar bu soyqırımı iddialarından imtina edərlər”. Bu, heç vaxt olmayacaqdır. Çünki 70 il birlikdə yaşadığımız dövrdə biz azərbaycanlılar onlara nə yaxşılıqlar etmədik? Amma onlar bizimlə necə davrandılar? Fürsət tapan kimi bizə qarşı namərdlik etdilər. Torpaqlarımızı yenidən işğal etdilər. Ermənilər tarixdə bizə qarşı dörd dəfə soyqırımı törətmişlər.

- Bunu şərh edərsinizmi?

- Birincisi, XX əsrdən əvvəl olmuşdur. Sonra 1918-1920-ci ildə, 1948-1950-ci illərdə, son olaraq isə 1988-1992-ci illərdə baş vermişdir. Ermənilərin xisləti belədir. Fürsət tapdıqları zaman hər şey edə bilərlər. Mən bütün erməni xalqını nəzərdə tutmuram. Amma erməni siyasətçilər qonşularına qarşı həmişə namərdlik etmişlər.

- Ermənistanın Rusiyanın plasdarmı olması barədə nə deyərdiniz?

- Ermənistanın gələcəyi Rusiyaya bağlıdır. Rusiyanın orada strateji, geopolitik maraqları vardır. Ermənistan dövlətinin yaradılmasına çar I Pyotr strategiyası deyilir. Ermənistan kimi bir xristian dövləti qurub bölgə xalqı ilə münasibətləri davam etdirmişlər.

Hazırda Ermənistan dediyiniz kimi, Rusiyanın plasdarmıdır. Ermənistanın Rusiyasız müstəqil siyasət yürütməsi mümkün deyildir.

- Belə görünür ki, bundan sonra iki plasdarm olacaqdır. İkincisi Dağlıq Qarabağdır...

- Qarabağı biz heç kimə verməyəcəyik. Qarabağdakı ermənilər yaşamaq istəyirlərsə, heç kimin plasdarmı ola bilməzlər. Ya bizim vətəndaşlarımız olaraq qalarlar, ya da biz onlara plasdarm olmaq imkanı verməyəcəyik. Hazırda Dağlıq Qarabağ təpədən-dırnağadək ağır silahlarla təchiz olunmuş militarist bir bölgədir.

- Dağlıq Qarabağda öz müqəddəratını təyin etmək üçün referendum keçiriləcəyini deyirlər. Amma bu bölgənin azərbaycanlı əhalisi məcburi köçkün vəziyyətində ikən belə bir referendumun qanuni əsası necə ola bilər?

- Minsk qrupunun toplantılarında referendum mövzusu da müzakirə olunur. Amma bunun həyata keçirilməsindən əvvəl Ermənistan silahlı qüvvələri işğal altındakı Azərbaycan torpaqlarından çəkilməli, bu torpaqlar azad edilməlidir. Azərbaycanlı məcburi köçkünlər bu torpaqlara qayıtmalıdırlar. Ermənistan ilə Azərbaycan arasında sülh təmin olunmalıdır. Bundan əvvəl orada referendum keçirilə bilməz. Hazırda məsələnin bir nöqtəyə gəlməsinə mane olan tərəf Ermənistandır.

- Türkiyə ilə Azərbaycan arasında bir çox enerji layihəsi davam etdirilir. Bir də vaxtilə “Nabukko” adlı bir enerji layihəsi ortaya atıldı. Sonra da aradan qaldırıldı. “Nabukko”ya nə oldu?

- “Nabukko” Avropa İttifaqının Xəzərin təbii qazını Avropaya birbaşa olaraq nəql edilməsi layihəsidir. Bu, Azərbaycan, Türkmənistan, İraq və mümkün olsa İran qazını Avstriyadakı paylama nöqtəsindən Avropaya çatdıracaq alternativ layihədir.

- Yəni, Avropa ölkələrinin Rusiya qazının inhisarından çıxarılması məqsədini daşıyır?

- Hər halda belədir. Onsuz da “Nabukko”ya alternativ boru kəməri deyirlər. Bizim “Nabukko”ya nə həvəsimiz, nə də onun reallaşdırılmasına vəsait yatırmaq niyyətimiz vardır. “Nabukko”nun təşəbbüskarı olan Avropa İttifaqı bizim artıq qazımızı istədi. Amma hazırda bizim artıq qazımız yoxdur. Həqiqətən, “Nabukko”nun reallaşacağını bilsək, əlavə olaraq beş-altı quyu açarıq, onlara lazım olan qazı satarıq. Amma təkrar edirəm, “Nabukko”nun təşəbbüskarı Avropa İttifaqıdır. Bu boru kəmərini Azərbaycana qədər gətirsinlər, Türkmənistan qazını da təmin etsinlər. Amma Türkmənistan qazını Azərbaycana ancaq Rusiya gətirə bilər. Hazırda Azərbaycan beş ölkəyə təbii qaz satır. Bunlar Gürcüstan, Rusiya, İran, Türkiyə və Yunanıstandır. Bizim Türkiyə ilə imzalanmış “Transanadolu” boru kəməri müqaviləmiz vardır. Bunun mənası budur: Bakı-Ərzurumun nəql edə bilmədiyi təbii qazı biz Gürcüstan sərhədinə qədər gətiririk. Daha sonra boru kəməri Gürcüstan-Türkiyə sərhədindən Ədirnə sərhədinə qədər uzanır. Türkiyə ilə tranzit daşınmasına dair müqaviləmiz vardır. Artıq qazımızı Avropaya satırıq. Yeri gəlmişkən onu da deyim ki, Türkiyə bu gün ən ucuz qazı Azərbaycandan, ən baha qazı isə İrandan alır.

- Dünya qiymətlərinə görə, Türkiyə Azərbaycan qazını neçəyə alır?

- Dünya qiymətlərindən 50 faiz daha ucuz alır. Amma bu qazın hamısı deyildir. Türkiyə üçün müəyyən kvota vardır. Türkiyə bu kvotadan artıq qaz istəyərsə 30 faiz, daha çox istəyərsə 10 faiz daha ucuz qaz verə bilirik.

Biz artıq Türkiyədə PETKİM-i işlədirik. Türkiyə bizim qardaşımızdır. PETKİM-i işlətməklə Türkiyənin Azərbaycana vergi ödəməsinin qarşısını alırıq. Beləliklə də Türkiyə büdcəsinə fayda veririk.

- Azərbaycan Türkiyənin qardaşı, strateji müttəfiqi olduğunu deyir, amma heç bir vəchlə Şimali Kipr Türk Respublikasını tanımır. Səbəb nədir?

- Şimali Kiprin tanınması bizim Türkiyə ilə qardaşlığımızdan asılı deyildir. Baxın, Qarabağ problemi vardır. Dağlıq Qarabağı dünyada heç kim tanımır. Amma biz sabah Şimali Kipri tanısaq, Ermənistanın müttəfiqləri də Dağlıq Qarabağı tanımağa başlayarlar.

Qarabağ problemi həll edilsə bizim Şimali Kipr üçün çox şey etmək planlarımız vardır. Biz Türkiyədən sonra ən çox tələbə qrupumuzu Şimali Kiprə göndəririk. Türkiyədən sonra ən çox turistimiz Şimali Kiprə gedir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beyindəki zaman hüceyrələri alimləri təəccübləndirib

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib   YENİLƏNİB-2 VİDEO

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir