Ankarada güclü sel üç nəfərin həyatına son qoyub
Ankara, 10 iyun, AZƏRTAC
İyunun 9-da Ankarada yağan güclü yağışın səbəb olduğu sel və daşqın 3 nəfərin həyatına son qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ankara valiliyi tərəfindən rəsmi açıqlama yayılıb.
Qeyd edək ki, şəhərdəki sel və daşqın ictimai nəqliyyatı iflic edib. Çox sayda nəqliyyat vasitəsi tunellərdə və çökəklik ərazilərdən keçən yollarda qalıb. Şəhər təsərrüfatının idarə olunması çətinləşib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]