AŞ PA-NIN YAY SESSİYASINDA AZƏRBAYCAN İLƏ BAĞLI BİR NEÇƏ MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏKDİR
Azərbaycanın AŞ PA - dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a bildirmişdir ki, sessiyada Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan torpaqlarından hələ də çıxarılmaması, atəşkəsin tez-tez pozulması, ekoloji vəziyyətlə bağlı məsələlər müzakirəyə çıxarılacaqdır. Ermənilərin Azərbaycanın işğal olunan ərazilərində törətdiyi yanğınlar məsələsinə xüsusi diqqət yetiriləcəkdir. Artıq bununla bağlı quruma bir neçə qətnamə təqdim olunmuşdur.
Yay sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məruzə də müzakirə olunacaqdır. Sənəddəki bəzi məsələlərin rəsmi Bakını qane etmədiyini vurğulayan Səməd Seyidov qeyd etmişdir ki, Azərbaycana qarşı qeyri-obyektiv münasibət müşahidə olunsa, nümayəndə heyəti öz etiraz səsini ucaldacaqdır.
Sessiyada əsas müzakirə mövzularından biri də Ermənistandakı vəziyyətlə əlaqədardır. S.Seyidov demişdir ki, sessiya ərəfəsində Avropa Şurasının Ermənistan üzrə məruzəçiləri Yerevanda olacaq və onların məruzəsi əsasında Ermənistanla bağlı fövqəladə müzakirələr keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]