Azərbaycan Dövlət İnformasiya Agentliyi

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbaydan

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Zati-aliləri, hörmətli Mehriban xanım.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi, möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Siz uzun illər öz fəaliyyətinizdə insanların rifahını yaxşılaşdıran, qarşılıqlı anlaşmanı təşviq edən və cəmiyyətləri bir-birinə yaxınlaşdıran təşəbbüslərə xüsusi diqqət yetirmisiniz. Bu davamlı fəaliyyət Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Asiyada dialoqu, etimadı və daha güclü birliyi inkişaf etdirməklə bağlı qarşıya qoyduğu məqsədlərə uyğundur.

Məhz bu ruhda mən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edən Azərbaycanın bu il Bakıda AQEM Qadınlar Şurasının ilk iclasını təşkil etmək təşəbbüsünü səmimi-qəlbdən alqışlayıram. Bu, bizim ortaq səylərimizin daha da zənginləşdirilməsi və yeni imkanların yaradılması baxımından əhəmiyyətlidir.

Bu əlamətdar gündə Sizə ailənizin və yaxınlarınızın dəstəyi ilə qarşıdakı illərdə bütün səylərinizdə davamlı uğurlar arzu edirəm.

Hörmətlə,

 

Kayrat Sarıbay

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə

Müşavirənin Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin