AŞPA təmsilçisi: Vətəndaşlar prezident seçkilərində kifayət qədər fəallıq göstərirlər
Sumqayıt, 11 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir. Səhər tezdən Bakıda seçkilərin başlanmasını izlədik, indi isə Sumqayıtdayıq. Artıq şəhərin 8 seçki məntəqəsində səsverməni müşahidə etmişik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyasının moldovalı üzvü Valeriu Ghiletchi bildirib.
“42 saylı Sumqayıt II seçki dairəsinin 37 saylı seçki məntəqəsində ilk dəfə səsvermədə iştirak edən gəncin doğum gününün həm də bu mühüm hadisəyə təsadüf etdiyinin şahidi olduq. Biz də təbriklərə qoşulduq”, - deyə beynəlxalq müşahidəçi qeyd edib.
Prezident seçkiləri ilə bağlı müşahidələrini bölüşən qonaq Azərbaycanda artıq ikinci seçkidə iştirak etdiyini deyib. O, vətəndaşların prezident seçkilərinə böyük maraq göstərdiyini və kifayət qədər fəal olduqlarını bildirib.
Beynəlxalq müşahidəçi seçkiləri müşahidə etdiyi zaman heç bir qanun pozuntusu ilə rastlaşmadığını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [09:28]
Ağstafa rayonu Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib
- 04.06.2026 [22:21]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]