Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT
Bakı, 5 iyun, AZƏRTAC
May ayında qlobal enerji qiymətləri indeksi 5,4 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Bankının aylıq hesabatında deyilir.
“Bu, “Brent” markalı xam neftin qiymətinin ay ərzində 10,7 faiz azalması ilə əlaqədardır. Lakin enerji qiymətləri indeksindəki bu azalma ABŞ-də təbii qaz qiymətlərinin 6,1 faiz artması ilə qismən kompensasiya olunub”, - deyə hesabatda bildirilir.
Qeyd olunur ki, may ayında qeyri-enerji indeksi 2,5 faiz artıb, ərzaq qiymətləri 1,9 faiz, gübrə qiymətləri isə 4,3 faiz azalıb. Ay ərzində içki qiymətləri 5,3 faiz, xammal qiymətləri 2,1 faiz artıb. Metalların qiymətlərində 3,7 faiz, qiymətli metalların qiymətlərində isə 1,7 faiz azalma müşahidə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb
- 05.06.2026 [17:04]