Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 16 faizdən çox artıb
Bakı, 5 iyun, AZƏRTAC
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan MDB ölkələrinə 565 milyon 261,05 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16,5 faiz və ya 80 milyon 16,91 min dollar artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövrü ərzində Azərbaycan MDB ölkələrindən 1 milyard 111 milyon 695,39 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 49,4 faiz və ya 1 milyard 84 milyon 673 min dollar azdır.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 4,76 faizini, ümumi idxalının isə 20,12 faizini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]