Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır
Bakı, 5 iyun, AZƏRTAC
Yaponiya hökuməti 2050-ci ilədək ümumilikdə 14-dək köhnəlmiş nüvə reaktorunun yenisi ilə əvəz olunmasını planlaşdırır.
AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb. Bildirilib ki, məqsəd artan enerji tələbatını qarşılamaq, nüvə sənayesinə investisiyaları təşviq etmək və enerji təhlükəsizliyini gücləndirməkdir. Hökumət 2040-cı ildə ölkədə istehsal olunan elektrik enerjisinin 20 faizinin nüvə enerjisinin payına düşməsini hədəfləyir.
Qeyd edilib ki, bu məqsədə çatmaq üçün mövcud reaktorların yenidən işə salınması ilə yanaşı, köhnə qurğuların yenilənməsi də zəruridir. Hazırda Yaponiyada 24 nüvə reaktorunun istismardan çıxarılması prosesi davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:35]
Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib
- 05.06.2026 [10:28]