Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur
Moskva, 4 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistanın Qərbə yönəlmiş hazırkı xarici siyasət kursu təəccüb doğurmur.
AZƏRTAC xəbər verir ki, Rusiya dövlətinin başçısı bu fikri 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin nümayəndələri ilə görüşdə səsləndirib.
“Burada qeyri-adi heç nə yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyanın arxasında dayanan siyasi qüvvələr bunu çoxdan deyirlər və açıq şəkildə də edirlər”, – deyə o bildirib.
Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyündən danışan Rusiya Prezidenti qeyd edib ki, Moskva bu məsələ ilə bağlı referendumun keçirilməsini gözləyir.
“Baş nazir Nikol Paşinyanın özü yaxın vaxtlarda bildirib ki, Ermənistanın Avropa İttifaqına qoşulması məsələsinin referenduma çıxarılmasını zəruri hesab edir. Bizim yalnız bir xahişimiz var – bunu mümkün qədər tez edin”, – deyə Rusiya Prezidenti vurğulayıb.
Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının tarixçəsinə də toxunub. Onun sözlərinə görə, Rusiya vaxtilə məhz İrəvanın xahişi ilə Ermənistanın bu inteqrasiya birliyinə qəbul olunmasını dəstəkləyib. “Halbuki Ermənistan iqtisadiyyatının bir sıra göstəriciləri ittifaqın ümumi iqtisadi mənzərəsinə tam uyğun gəlmirdi”, – deyə Rusiya lideri əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]