Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı: Suriya 34 qutu sənəd təqdim edib
Qahirə, 5 iyun, AZƏRTAC
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı Suriyanın aidiyyəti qurumlarının 34 qutu sənəd təqdim etdiyini açıqlayıb. Təşkilat həmin sənədləri təhlil edəcək.
AZƏRTAC xəbər verir ki, təşkilatın bəyanatında hazırkı Suriya hökumətinin kimyəvi silahların qadağan olunması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi istiqamətində fəal işlədiyi vurğulanıb.
Eyni zamanda, təşkilat əvvəlki hökumət tərəfindən açıqlanmamış kimyəvi sursatların mövcud ola biləcəyi ilə bağlı narahatlığını ifadə edib.
BMT-nin Baş katibinin müavini və tərk-silah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu təşkilatın Təhlükəsizlik Şurasında Suriyanın kimyəvi silah proqramına dair keçirilən iclasda çıxış edərək Suriya hökumətinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı ilə davam edən əməkdaşlığını yüksək qiymətləndirib.
O qeyd edib ki, BMT-nin nümayəndə heyəti Suriyada bir sıra obyektlərə səfər edib. Həmin məkanlarda əvvəlki hökumət tərəfindən müxtəlif bölgələrə qarşı kimyəvi hücumlarında istifadə edilmiş maddələrə bənzər nümunələr aşkar olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]
Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır
- 05.06.2026 [11:35]
Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib
- 05.06.2026 [10:28]