ASTARADA 15 İYUN- MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara rayon mədəniyyət evində 15 iyun-Milli Qurtuluş gününə həsr edilmiş mərasim keçirilmişdir.
Tədbir iştrakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edənlər 15 il əvvəl Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrdən söhbət açmış, həmin dövrdə AXCP-Müsavat iqtidarının səriştəsizliyinin və acizliyinin respublikamızda xaos və özbaşınalıq vəziyyəti yaratdığını vurğulamış, xalqımızın xilaskar oğlu, ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xalqımızın bi və digər bəlalardan qurtulduğunu, müstəqilliyimizin dönməz və əbədi olduğunu bildirmişlər.
Sonda “Sevinc” xalq çalğı alətləri ansanmblı maraqlı konsert proqramı ilə çıxış etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]