ASTARADA İRANLA SƏRHƏDDƏ İNŞA EDİLƏCƏK KÖRPÜLƏRİN YERİ DƏQİQLƏŞDİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanla İranın dövlət sərhədində Astaraçay üzərində inşa ediləcək dəmir yolu, avtomobil və piyadalar üçün körpülərin yerini dəqiqləşdirmək məqsədilə aprelin 17-də Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Gömrük, Torpaq və Xəritəçəkmə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət komitələrinin, Sərhəd Xidmətinin, Dövlət Dəmir Yolunun, “Azəryolservis”, Meliorasiya və Su Təsərrüfatı ASC-lərin, “Azəriqaz” və “Azərenerji” SC-lərin mütəxəssisləri Astara rayonunda olmuşlar.
Astara şəhərindəki “Şindan” hotelində keçirilən toplantıda Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfov bildirmişdir ki, məsələ ilə bağlı Nazirlər Kabinetində iki dəfə iclas keçirilmiş, İranla sərhəddə inşa ediləcək körpülərin oxlarının dəqiqləşdirilməsi qərara alınmışdır. Körpülərin yeri dürüstləşdirildikdən sonra tərtib edilmiş layihələr Nazirlər Kabinetinə, sonra isə İran tərəfinə təqdim ediləcəkdir.
Bakıdan gəlmiş dövlət qurumlarının nümayəndələri yerli mütəxəssislərlə birgə keçid körpülərin inşa ediləcəyi yerlərə baxış keçirdikdən sonra bu məqsədlə hazırlanacaq layihələrlə bağlı təkliflərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]