SİYASƏT
Aviqdor Liberman: Azərbaycan antisemitizmin heç vaxt mövcud olmadığı ölkədir
Bakı, 23 aprel (AZƏRTAC). Azərbaycanda bütün dini icmaların sərbəst şəkildə fəaliyyət göstərdiyi bu mühiti alqışlamaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 23-də Azərbaycanda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman “Xabad-Or-Avner” təhsil mərkəzində ölkəmizdəki yəhudi dini icmalarının rəhbərləri ilə görüşdə demişdir.
“Biz Azərbaycan ilə münasibətlərimizdən razıyıq. Bu, təkcə mövcud əlaqələrdən deyil, həm də tarixi bağlılıqdan qaynaqlanır. Qubanın Qırmızı qəsəbəsində yəhudilərin yaşaması Azərbaycanın antisemitizmin heç vaxt olmadığı ölkə kimi xarakterizə etməyə imkan verir”, - deyən israilli nazir ölkələrimiz arasında əlaqələri daha da genişləndirmək üçün apardıqları səmərəli fəaliyyətə görə icma rəhbərlərinə təşəkkür etmişdir.