SİYASƏT
Avstriyanın APA agentliyinin baş direktoru Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini yüksək qiymətləndirib
Forumda ilk dəfə iştirak etdiyini bildirən P.Kropş bu mötəbər beynəlxalq tədbirə yüksək peşəkarlıqla təşkilati hazırlıq işləri görüldüyünü xüsusi vurğulayıb. Baş direktor Forumun gedişini, eləcə də müzakirəyə çıxarılan mövzuların məzmun və aktuallığını yüksək dəyərləndirərək deyib: “Təşkilatçılar sözün həqiqi mənasında ən müxtəlif qurumların nümayəndələrindən ibarət geniş spektri “dəyirmi masa” ətrafında bir araya gətirməyə nail oldular. Mənim medianın gələcək roluna həsr edilmiş “dəyirmi masa”da iştirak və çıxış etmək imkanım oldu. Məruzəçilərin kulturoloji və real ictimai yanaşmasından asılı olaraq, məruzələr böyük bir müstəvini əhatə edirdi. Mətbuat və sosial mediaların təsirinin fərqli tərzdə və üsulda qiymətləndirilməsi və buradan necə də çoxşaxəli fəaliyyət imkanlarının yarandığını müşahidə etmək çox xoş idi. Forumun təşkilatçılarını uğurlu tədbirə görə təbrik edirəm”.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana