CƏMİYYƏT
Avtomobil oğurlamış şəxs yaxalanmışdır
Bakı, 14 sentyabr (AZƏRTAC). Binəqədi rayonunda Elnur Ağakərimova məxsus “Opel-Astra” markalı avtomaşın qaçırılmışdır.
Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Göyçay rayon sakini Təbriz Əhmədzadə tərəfindən törədilməsi müəyyən edilmişdir.
Yasamal rayonunun Ş.Əzizbəyov küçəsində isə Bakı sakini Nazim Məcidova məxsus “Mercedes” markalı avtomobilin təkərləri oğurlanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oğurluğu törətmiş paytaxt sakinləri Bəhruz Abbasov, Ömər Qaraxanov və Orxan Əliyev rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin Rüfət Hüseynova məxsus avtomaşından da təkərləri oğurlamaları müəyyən edilmişdir.
Hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam edir.