MƏDƏNİYYƏT
Azərbaycan Bəstəkarlar İttifaqında Gənclər Günü “dəyirmi masa” ilə qeyd edilmişdir
Bakı, 1 fevral (AZƏRTAC). Fevralın 1-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Gənclər Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ABİ-nin katibləri Cəlal Abbasov və Aliyə Məmmədova çıxış edərək gənc bəstəkarları qarşıdan gələn 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etmişlər.
“Dəyirmi masa” da ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, 2012-ci ildə gənc bəstəkarların əldə etdikləri nailiyyətlərdən söhbət açılmış, onların problemləri müzakirə olunmuşdur.
Tədbirdə gənc bəstəkarlardan Ayaz Qəmbərlinin “Qovuşma”, Türkər Qasımzadənin “Süd rəngli çalarlar”, Tahir İbişovun “Göy üzərində səma” və s. əsərləri dinlənilmişdir.
“Dəyirmi masa”da müxtəlif mövzular ətrafında maraqlı fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [15:31]
Musiqili Teatr iyul repertuarını açıqlayıb
- 24.06.2024 [14:08]
Azərbaycanlı rəssam Başkortostanda etnik-bədii simpoziumda iştirak edəcək
- 24.06.2024 [12:44]
Kitabxananın 45 illiyi ilə əlaqədar informasiya lövhəsi hazırlanıb
- 24.06.2024 [11:35]
Məhsəti Gəncəvi yaradıcılığı İtaliya ədəbiyyat portalında
- 24.06.2024 [11:07]
Bülbülün anadan olmasının 127-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
- 24.06.2024 [11:07]