Azərbaycan Coğrafiya Cəmiyyətinin X qurultayı keçiriləcək
Bakı, 7 may, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dəstəyi ilə mayın 25-26-da Qəbələ rayonunun Çuxur Qəbələ kəndindəki Arxeoloji Mərkəzdə Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) X qurultayı keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qurultayda cəmiyyətin prezidenti, akademik Ramiz Məmmədov “Azərbaycan Coğrafiya Cəmiyyəti 80 ildə” mövzusunda məruzə ilə çıxış edəcək. İclasda, həmçinin qlobal iqlim dəyişmələri, Xəzər dənizinin tədqiqinin müasir vəziyyəti, coğrafiyaçı kadrlar hazırlamağın perspektivləri, ətraf mühitin mühafizəsi, tibbi və fiziki coğrafiya, ACC-nin beynəlxalq əlaqələri və s. məsələlər müzakirə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]