Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dəmir relslər üzərində sürətlə irəliləyir - ARAŞDIRMA

Azərbaycan dəmir relslər üzərində sürətlə irəliləyir - ARAŞDIRMA

Bakı, 21 iyun, Günel Türksoy, AZƏRTAC

Azərbaycan regionda yalnız strateji-coğrafi mövqeyi ilə deyil, həm də iqtisadi inkişaf templəri və texnoloji inkişaf istiqamətində atdığı ardıcıl addımlarla da diqqət mərkəzindədir. Bu mənada ölkənin dəmir yolları şəbəkəsi son illərdə yeni nəfəs alıb. Bu sahədə baş verən islahatlar isə təkcə sərnişinlərin rahatlığını deyil, Azərbaycanın regiondakı strateji mövqeyini də gücləndirib. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) uzun illərdir ölkənin nəqliyyat sistemində mühüm rol oynayır. Son dövrlərdə həyata keçirilən infrastruktur yenilikləri, beynəlxalq layihələrə inteqrasiya və müasir qatar parkının yaradılması bu sahəni regionun aparıcı nəqliyyat xətlərindən birinə çevirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələr vasitəsilə Azərbaycan nəinki daşımaların mərkəzinə çevrilir, eyni zamanda, yeni əməkdaşlıq körpüləri də qurur.

Xatırlatmaq yerinə düşər ki, son 20 il ərzində Azərbaycan dəmir yolları ölkənin nəqliyyat sistemində mühüm rol oynayan müasir, innovativ və davamlı bir sənaye sahəsinə çevrilib. Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində bu sahə əhəmiyyətli inkişaf mərhələləri keçib və Azərbaycanın sosial-iqtisadi tərəqqisinə dəyərli töhfələr verib. Belə ki, 2003-cü ildən, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı dövrdən etibarən, bütün sahələrdə olduğu kimi dəmir yolu infrastrukturunun da inkişafı üçün yeni və geniş imkanlar açılıb.

Bu gün Azərbaycan beynəlxalq nəqliyyat mərkəzinə - HUB-a çevrilir. Ölkəmiz həm Şimal-Cənub, həm Şərq-Qərb, həm də Cənub-Qərb nəqliyyat dəhlizləri vasitəsilə müxtəlif ölkələri və qitələri birləşdirir.

Bu araşdırmada Azərbaycanın geosiyasi mövqeyinə, Azərbaycan dəmir yollarının beynəlxalq dəhlizlərin inkişafında roluna, relslər üzərində qurduğu inkişaf xəttində hansı proseslərin baş verdiyinə bir daha nəzər salacağıq.

Azərbaycan dəmir yollarının inkişafı

Son illərdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq standartlara uyğun müasir infrastruktur qurub, yeni marşrutlar açıb və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirib. Məsələn, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi, Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında sürətli və etibarlı yük daşımalarını təmin edib. Artıq Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu yerləşdiyi regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərir. 2024-cü ildə BTQ-nin Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Azərbaycanın beynəlxalq dəhlizlərdəki rolu

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu Şərq-Qərb Dəhlizi, Şimal-Cənub Dəhlizi, “yaşıl nəqliyyat” sahəsində özünü göstərməkdədir.

Şərq-Qərb Dəhlizi Çin və Avropa arasında ən qısa marşrut hesab olunur. Bu dəhliz Azərbaycanın tranzit potensialını artırıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin birinci rübündə Azərbaycanda Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3,995 milyon ton olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 232 min ton və ya 6,2 faiz çoxdur. Belə ki, ötən ilin yanvar-mart aylarında Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3,763 milyon ton olub.

Şimal-Cənub Dəhlizi: İran və Hindistanla əlaqələri gücləndirən bu dəhliz Azərbaycanın cənub istiqamətindəki tranzit imkanlarını genişləndirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan seqmenti ilə daşınmış yüklərin həcmi 2,441 milyon ton olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 min ton və ya 0,4 faiz çoxdur. Belə ki, ötən ilin yanvar-mart aylarında Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan seqmenti ilə daşınmış yüklərin həcmi 2,432 milyon ton olub.

“Yaşıl nəqliyyat”: Azərbaycan dəmir yolu nəqliyyatını ekoloji cəhətdən təmiz etmək üçün “yaşıl texnologiya”lardan istifadəni təşviq edir. Orta Dəhliz üzərində “yaşıl terminal”ların yaradılması və enerjiyə qənaət edən texnologiyaların tətbiqi bu istiqamətdə atılan mühüm addımlardır.

Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili AZƏRTAC-a bildirib ki, “Azərbaycan Avrasiya qitəsinin əsas nəqliyyat qovşağında yerləşməklə, Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır və Orta Dəhlizin əsas mərkəzlərindən biri olmaq üçün unikal strateji mövqeyə sahibdir: “Azərbaycan dəmir yolları Orta Dəhlizin inkişafında ön mövqe tutur. 2024-cü ildə Çindən 27 mindən çox TEU yük Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, TITR) vasitəsilə daşınıb ki, bu da 2023-cü illə müqayisədə 25 dəfə artım deməkdir. Bu artım həm Azərbaycan ərazisində nəqliyyat siyasətinin təkmilləşdirilməsi, həm də Ukraynadakı müharibə və Rusiyaya qarşı sanksiyalar nəticəsində yükdaşıyanların Orta dəhlizə üstünlük verməsi strategiyasını əks etdirir.

Digər mühüm dəhlizlərdən biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Şimal-Cənub dəhlizi Hindistan və İran körfəzi regionundan Rusiya, Qərbi Avropa, Baltik ölkələri və Skandinaviya ölkələrinə yük çatdırmaq üçün nəzərdə tutulub. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafə və tranzit vaxtının 2-3 dəfə az olmasıdır.

Orta Dəhlizin hazırda əsas xətti Bakı-Tbilisi-Qars Dəmir Yoludur. Bu dəmir yolu xətti Azərbaycanı Gürcüstan və Türkiyə vasitəsilə Avropaya birləşdirən mühüm infrastruktur layihəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanı beynəlxalq logistika mərkəzi kimi tanıtdırmaqdadır”.

Deputat qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal iş aparır:

“Tariflərin vahidləşməsi, işlərin rəqəmsallaşması, bürokratik əngəllərin aradan qaldırılması bu işlərin mühüm tərkib hissəsidir. Azərbaycan həm geostrateji mövqeyi, həm də aviasiya infrastrukturuna ardıcıl dəstəyi vasitəsilə region üçün bu çətin dövrdə mülki aviasiya üçün “təhlükəsiz dəhliz” təmin etməkdə öz rolunu bir daha nümayiş etdirib. Hazırda Orta Dəhlizə beynəlxalq maraq durmadan artır. Avropa Orta Dəhlizin inkişafını güclü şəkildə dəstəkləsə də, Çin, Rusiya, Gürcüstan, İran və Azərbaycan kimi digər ölkələr də tikilən infrastrukturdan geniş şəkildə faydalanacaqlar. “Azərbaycan Dəmir Yolları” QSC ölkənin strateji geosiyasi mövqeyindən istifadə edərək beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında aparıcı rol oynayır. Orta Dəhliz, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və digər mühüm layihələr vasitəsilə Azərbaycan Avrasiya regionunda əsas logistika mərkəzinə çevrilməkdədir”, - deyə T.Mirkişili vurğulayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev AZƏRTAC-a açıqlamasında Azərbaycanın geostrateji mövqeyi ilə yanaşı, həm də şaxələnmiş və müasir nəqliyyat infrastrukturu ilə seçildiyini diqqətə çatdırıb: “Müstəqillik illərindən bəri bu sahəyə böyük həcmdə investisiyalar yatırılıb, müxtəlif nəqliyyat sahələrinin inkişafı təmin olunub. Bu inkişaf Azərbaycanı fərqli marşrutlar üçün cəlbedici və etibarlı tərəfdaşa çevirib. Xüsusilə dəmir yolları sahəsində ölkəmiz əhəmiyyətli mövqeyə malikdir. Belə ki, Azərbaycan ərazisində geniş və funksional dəmir yolu infrastrukturu formalaşıb. Hazırda ölkəmiz Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri üzrə aktiv daşımalar həyata keçirir. Hər il yükdaşımaların həcmi artır və bu artıma uyğun olaraq, tranzit vaxtının azaldılması, keçid qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Bu proseslər Azərbaycanın dünya nəqliyyat xəritəsindəki rolunu gücləndirir və onu qlobal miqyasda strateji əlaqələndirici mərkəzə çevirir. Bu gün Azərbaycan Şərq-Qərb dəhlizi üzrə Qara dəniz limanlarına çıxış imkanına malikdir. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu bölgədəki mürəkkəb geosiyasi vəziyyət fonunda sanksiyalardan kənarda qalan və hazırda Avropa ilə Asiya arasında yeganə sabit dəmir yolu bağlantısı hesab edilir.

Bundan əlavə, dəhlizlərin şaxələndirilməsi məqsədilə Zəngəzur və Araz dəhlizləri üzrə layihələr icra edilir. Bütün bu addımlar Azərbaycanın regional və beynəlxalq nəqliyyat sistemində rolunu daha da gücləndirir”.

“Azərbaycanın geosiyasi mövqeyi: ADY-nin beynəlxalq dəhlizlərin inkişafında rolu” mövzusu ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin də mövqeyini də öyrəndik.

Qurumdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi onu mühüm nəqliyyat və tranzit mərkəzinə çevirib.

“Azərbaycan ərazisindən keçən bir neçə böyük beynəlxalq dəhliz var ki, onların fəaliyyəti ölkənin tranzit potensialını artırır. Bunlardan biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Bu dəhliz Hindistan və İranı Rusiya və Şimali Avropa ölkələri ilə birləşdirir və digər alternativ marşrutlarla müqayisədə yükdaşıma müddətini xeyli azaldır. Bu dəhlizin Azərbaycan seqmentində Astara sərhədindəki dəmiryol körpüsü və terminal infrastrukturu tamamlanıb.

Digər bir mühüm layihə Şərq–Qərb (Orta) Dəhlizidir. Bu dəhliz Çinlə Avropanı birləşdirir və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək yüklərin sürətli və təhlükəsiz daşınmasını təmin edir. Bu kontekstdə 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti xüsusi əhəmiyyət daşıyır. Qars vasitəsilə Azərbaycanın yükləri artıq Avropaya və əks istiqamətə çatdırılır.

Bu dəhlizlərin uğurlu fəaliyyəti üçün ADY genişmiqyaslı infrastruktur layihələri həyata keçirib. Bakı-Sumqayıt, Bakı–Sabunçu–Pirşağı və Ləki–Qəbələ kimi yeni dəmir yolu xətləri istifadəyə verilib. Eyni zamanda, Sumqayıt–Yalama və Ələt–Astara kimi mühüm magistral xətlərin bərpası və modernləşdirilməsi davam edir. Yeni nəsil Çin istehsalı olan “AC50” lokomotivləri alınaraq dəhlizlərdə daşımaların təhlükəsizliyi və sürətliliyi artırılıb.

Bütün bu fiziki infrastrukturla yanaşı, rəqəmsallaşma sahəsində də ciddi islahatlar aparılır. “ADY Smart” adlı onlayn platforma istifadəyə verilib, tarif kalkulyatorları, elektron yük izləmə sistemləri işə salınıb. Bu isə logistika proseslərini sürətləndirib və müştərilər üçün şəffaflığı artırıb.

Nəticə etibarilə, “Azərbaycan Dəmir Yolları” QSC yalnız ölkədaxili nəqliyyat vasitəsi deyil, həm də regional və qlobal səviyyədə strateji əhəmiyyətə malik nəqliyyat operatoruna çevrilməkdədir”, - deyə məlumatda qeyd olunub.

Həmçinin vurğulanıb ki, Azərbaycanın geosiyasi mövqeyi onun beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı rolu və regional gücə çevrilmə potensialını müəyyən edən əsas amillərdəndir: “Ölkə həm coğrafi yerləşməsi, həm də geosiyasi şərtləri baxımından Avropa ilə Asiya arasında körpü, Şimalla Cənub arasında isə keçid nöqtəsi funksiyasını yerinə yetirir. Azərbaycan yalnız nəqliyyat deyil, həm də enerji sahəsində geosiyasi əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri vasitəsilə Xəzərin neft və qazı Avropa bazarına çıxarılır. Bu kəmərlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm aktora çevrilməsinə şərait yaradıb. Hazırda isə Azərbaycan nəqliyyat-logistika sahəsində də analoji rol oynamağa başlayıb. Xüsusilə Rusiya-Ukrayna müharibəsi və İran üzərindən keçən yolların qeyri-sabitliyi fonunda Azərbaycanın tranzit əhəmiyyəti artıb. Bu, ölkəyə həm iqtisadi gəlir, həm də siyasi manevr imkanları qazandırır. Azərbaycanın xarici siyasəti balanslı və praqmatik xarakter daşıyır. Ölkə həm Rusiya, İran və Çin kimi qonşu, böyük güclərlə, həm də Avropa İttifaqı, ABŞ və Türkiyə ilə əməkdaşlıq siyasəti yürüdür. Bu onu qarşıdurmaların mərkəzində deyil, kommunikasiya və əməkdaşlıq platforması kimi təqdim edir. 2020-ci ildən sonra yaranmış geosiyasi vəziyyət, xüsusilə Zəngəzur dəhlizinin gündəmə gəlməsi Azərbaycanın Cənubi Qafqazda geosiyasi çəkisini daha da artırır. Bu dəhliz gerçəkləşərsə, Azərbaycan Türkiyə və Naxçıvanla birbaşa dəmir yolu əlaqəsi qurmaqla yanaşı, Türk dövlətləri ilə inteqrasiyada da strateji rol oynayacaq”.

Sorğuya cavabda Azərbaycanın nəqliyyat və tranzit potensialının gücləndirilməsi istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC son illərdə həm mövcud infrastrukturun modernləşdirilməsi, həm də yeni layihələrin icrası sahəsində mühüm addımlar atmaqda olduğu bildirilib. Qeyd edilib ki, bu fəaliyyətlər Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunu möhkəmləndirməklə yanaşı, ölkənin geoiqtisadi çəkisini də artırır.

“ADY-ın hazırda həyata keçirdiyi əsas layihələr sırasında Astara Terminalının (İran ərazisində) inşası, Bakı-Tbilisi-Qars xəttinin tam istismara verilməsi, Ələt-Osmanlı-Astara, Sumqayıt-Yalama dəmiryol xətlərinin yenidən qurulması və Orta Dəhliz üzrə yük axınının artırılması xüsusi əhəmiyyət kəsb edir.

İlk olaraq, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin strateji nöqtəsi olan Astara Terminalı üzərində işlər sürətlə davam edir. Terminalın tikintisinin bu ilin sonuna qədər tamamlanacağı planlaşdırılır. Layihə başa çatdıqdan sonra illik yükaşırma gücü 4 milyon tona çatacaq. Qeyd etmək lazımdır ki, artıq 2024-cü ilin ilk aylarında terminalda 700 min tona yaxın yük aşırılıb. Bu layihə İranla dəmir yolu əlaqələrinin daha effektiv təşkilinə və Azərbaycan ərazisindən keçən tranzit yük axınının artırılmasına şərait yaradacaq.

Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam bərpası və gücləndirilməsi də ADY-ın prioritetləri sırasındadır. Bu layihənin məqsədi Orta Dəhliz üzərindən keçən yüklərin həcmini artırmaq və daşımaların davamlılığını təmin etməkdir”,-deyə məlumatda vurğulanıb.

“Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

Tramp kömür enerjisinin inkişafı üçün 700 milyon dollar ayırmaq istəyir

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

“Çanmi” fırtınası Tokioda güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub

Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alınıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

“Rheinmetall” Beynəlxalq Aerokosmik Sərgisində ən son hərbi texnologiyalarını təqdim edəcək

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır

Tramp: İranla danışıqlar yaxşı davam edərsə, razılaşma həftəsonu baş verə bilər

BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək

Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”

Bakıda “Əmir Əlişir Nəvainin irfani dünyası” monoqrafiyası işıq üzü görüb

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Gələn il Sidney ilə London arasında birbaşa reyslərə başlanıla bilər: “Airbus” ilk sınaq uçuşunu həyata keçirib

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib - ŞƏRH

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb YENİLƏNİB

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib

Tarixçi-alim: Ermənistanda monoetnik mühit deportasiyalar və məcburi köçürmələr vasitəsilə formalaşdırılıb

Fərhad Qaraşov: Yeni Dövlət Proqramı aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirəcək

Regionun taleyini dəyişən xətt: Orta Dəhlizdə Azərbaycan həlledici gücə çevrilir MÜSAHİBƏ

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır

Folklor İnstitutunun direktoru: Qərbi Azərbaycanın tarixi-mədəni yaddaşı rəqəmsal bazada qorunur

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

Oğuzda elmi konfrans: Şimal-Qərbi Azərbaycanın tarixi memarlıq irsi öyrənilir