SİYASƏT
Azərbaycan Diplomatik Akademiyası Amerika Ticarət Palatasının üzvü seçilmişdir
Bakı, 23 aprel (AZƏRTAC). Azərbaycan Diplomatik Akademiyası (ADA) Amerika Ticarət Palatasının (AMCHAM) üzvü seçilmişdir.
Akademiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu, ADA-nın paytaxtın biznes ictimaiyyəti ilə əməkdaşlığına, həmçinin ölkədəki və kənardakı biznes icmaları ilə də əlaqələrin möhkəmlənməsinə kömək edəcəkdir. Bu, həmçinin, ADA-ya gələcək korporativ proqramlarda yardımçı olacaqdır.
Palataya üzvlük akademiyanın tələbələrinin gələcəkdə işlə təmin olunmaq, yerli və xarici şirkətlərdə təcrübə keçmək imkanı yaradacaqdır.
ADA Amerika Ticarət Mərkəzinə üzv olan ilk ali təhsil ocağıdır. 1996-cı ildə yaradılmış Amerika Ticarət Palatasına hazırda Azərbaycan iqtisadiyyatının bütün sahələrindən olan 223 üzv daxildir.