Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinin istehsalat təcrübəsi davam edir
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup müəllimi “Baku Steel Company” şirkətində olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə universitetin nümayəndələrinə şirkətin iş prinsipi, burada istehsal olunan məhsullar haqqında məlumat verilib. Tələbələrin təcrübə prosesini müşahidə edən ADNSU-nun əməkdaşları şirkətdə istehsalat təcrübəsi keçən tələbələr üçün yaradılan şəraitlə tanış olublar.
Sonra şirkətdə tələbələrlə görüş keçirilib. ADNSU-da daima əmək bazarının müasir tələblərinə uyğun kadrların yetişdirilməsinə səy göstərildiyini deyən dosent Əli Hikmət Əhmədov bu istiqamətdə universitetdə aparılan islahatlardan danışıb. Ə.Əhmədov tələbələrin qazandığı nəzəri biliklərin təcrübədə tətbiqinin vacibliyini vurğulayıb, universitetin layihəsi olan gündəlik təcrübə proqramının tələbələrə verdiyi üstünlükləri qeyd edib.
Görüşdə, həmçinin buraxılış mövzularının istehsalat müəssisəsi ilə uyğunluğu, təhlükəsizlik qaydaları və digər məsələlər müzakirə olunub, tələbələrin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]