İDMAN
Azərbaycan karateçisi 12-ci dəfə Avropa çempionu adını qazandı
Bakı, 22 mart, AZƏRTAC
Azərbaycan karateçiləri İstanbulda 50-ci Avropa çempionatının fərdi yarışlarını 3 medalla başa vurublar.
AZƏRTAC xəbər verir ki, idmançılarımızdan Niyazi Əliyev (67 kq) və Rafael Ağayev (75 kq) qızıl, Ayxan Mamayev (84 kq) isə gümüş medala sahib olublar. Bu uğurla Rafael Ağayev 12-ci, Niyazi Əliyev isə 2-ci Avropa çempionluğu sevincini yaşayıb.
Kata çıxışlarında Tural Balcanlı bürünc medal uğrunda görüşdə tanınmış fransız idmançısı Min Duk Vu Dak səddini aşa bilməsə də ilk beşlikdə yer alıb.
Komanda yarışlarında isə üçüncü yer uğrunda Almaniya millisinə qalib gələn Azərbaycan yığması bürünc medala sahib olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]