SİYASƏT
AZƏRBAYCAN MÜSTƏQİLLİK ƏLDƏ ETDİKDƏN SONRAKI QISA VAXTDA ÇOX BÖYÜK İNKİŞAFA NAİL OLMUŞDUR
Bakı, 14 aprel (AZƏRTAC). Azərbaycan müstəqillik əldə etdikdən sonrakı qısa vaxt ərzində çox böyük məsafə qət etmişdir. Avropa Şurasına üzv olduqdan sonra Azərbaycan götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində böyük addımlar atmışdır.
Bunu Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu jurnalistlərə müsahibəsində demişdir.
AŞPA sədri qeyd etmişdir ki, Azərbaycanın bir çox sahələrdəki uğurlu inkişafını hamımız birlikdə seyr edirik. Avropa standartlarına tam nail olmaq üçün bu proseslər davam etdirilməlidir.
Demokratiyanın uzun bir proses olduğunu vurğulayan M.Çavuşoğlu bildirmişdir ki, bizim vəzifəmiz Azərbaycan kimi yeni demokratiya yoluna qədəm qoymuş ölkələrin inkişafına yardım etməkdir. Arzu edirik ki, Azərbaycan bu prosesi qərarlı şəkildə davam etdirərək Avropa Şurası standartlarına nail olacaqdır.
######