Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV İRAN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 10-da Prezident sarayında Şərqi Azərbaycan ostandarı Məhəmmədəli Sübhanullahi başda olmaqla İran nümayəndə heyətini qəbul etmişdir. 

Dövlətimizin başçısı Heydər Əliyev qonaqları səmimiyyətlə, salamlayaraq, Şərqi Azərbaycanın yeni təyin olunmuş ostandarının ölkəmizə səfərindən məmnun qaldığını söylədi. Azərbaycan Prezidenti

xatırlatdı ki, bu vaxtlarda İranda rəsmi səfərdə oldum, səfərim çox yaxşı keçdi. Yaxşı görüşlərimiz, söhbətlərimiz oldu. İranın Prezidenti ağayi Xatəmi çox gözəl qonaqpərvərlik göstərdi. Dini rəhbərlə də görüşdüm. Bir çox məsələlər ətrafında danışdıq. Əsas odur ki, ilk dəfə ölkələrimiz arasında ümumi müqavilə imzaladıq. İndiyə qədər bu, yox idi. İqtisadi sənədlər də imzaladıq. Bəzi məsələləri hələ həll edə bilmədik, güman edirəm ki, onları da həll edəcəyik. Hər halda, hesab edirəm ki, səfərim Azərbaycan üçün, bizim üçün çox əhəmiyyətli oldu. İndi mən hörmətli Prezident Xatəminin Azərbaycana səfərini gözləyirəm. Güman edirəm ki, bu da olacaq, əlaqələrimiz daha da yaxşı inkişaf edəcəkdir.

Səmimi qəbul üçün təşəkkürünü bildirən cənab Məhəmmədəli Sübhanullahi ölkəmizdə onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etdi.

Mən burada özümü vətənimdə olduğu kimi hiss edirəm. Ona görə ki, bura Azərbaycandır və mən də azəriyəm. Biz də fəxr edirik ki, Azərbaycan inkişaf etmiş, müstəqil ölkədir.

Bakıya səfərinin təşkilinə görə Azərbaycanın iqtisadi inkişaf nazirinə və Tehrandakı səfirinə razılıq edən qonaq Prezident Heydər Əliyevin İrana səfərinin nəticələrini yüksək qiymətləndirdi və ümidvar olduğunu söylədi ki, Prezident Xatəminin də Azərbaycana səfəri baş tutacaq və hər iki ölkənin əməkdaşlığı üçün qapılar daha geniş açılacaqdır.

Cənab Sübhanullahi dedi ki, biz Azərbaycan Prezidentinin Təbrizə səfərini səbirsizliklə gözləyirdik, qarşılamağa hazır idik. İnşaallah, növbəti səfəriniz tezliklə baş tutacaq və Sizi Təbrizdə görə biləcəyik. Cənab Prezident, bilirsiniz ki, iki ölkənin ortaq xüsusiyyətləri çoxdur. Nizami, Füzuli, Şəhriyar həm sizin, həm də bizim şairlərimizdir. Azərbaycan müstəqillik əldə edərkən mən buraya gəlmişdim və universitetdə professor-müəllim heyəti ilə görüşüm olmuşdur. Görüş zamanı Təbrizin adı çəkiləndə onların çoxu qeyri-ixtiyari olaraq ağlayırdı. O vaxt keçirdiyim hissləri heç vaxt unutmaram.

Bu iki gündə faydalı görüşlərimiz oldu. Sumqayıtda sənaye müəssisələri, xüsusilə neft kimyası kompleksi ilə yaxından tanış olduq. Təbrizdə də böyük neft kimyası kompleksi var və biz bu sahədə geniş əməkdaşlıq edə bilərik. Nümayəndə heyətimizin üzvləri burada qənnadı fabrikini, digər müvafiq müəssisələri bərpa etməyə razıdırlar. Bir aydan sonra Təbrizdə açılacaq beynəlxalq sərgidə sənayenizin bu sahəsinə aid məhsullarını nümayiş etdirmək üçün təmənnasız olaraq pavilyon ayırmaq qərarına gəlmişik.

Nümayəndə heyətinin başçısı Bakıda keçirdikləri digər görüşlərdən də söhbət açdı, indiki səfərində Azərbaycan paytaxtının həqiqətən çox dəyişməsinin, gözəlləşməsinin şahidi olduğunu vurğuladı.

Qonaq daha sonra dedi ki, nümayəndə heyəti iqtisadi inkişaf naziri Fərhad Əliyevlə də görüşmüşdür. Qərara almışıq ki, iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq edək, bütün bunlar barədə memorandum imzalayaq. Təbrizin mövcud potensialı sıx və qarşılıqlı surətdə faydalı əməkdaşlıq etməyə zəmin yaradır. İran Culfasındakı gömrük məntəqəsi fasiləsiz işləyir, Naxçıvandan gün ərzində üç min nəfər onun xidmətindən istifadə edir. Biz əvvəllər də Naxçıvana hər cür kömək göstərmişik və bundan sonra da əlimizdən gələni etməyə hazırıq. İndi İran Culfasında çox böyük terminal tikilir. Yaxşı olardı ki, əlaqədar şəxslər onun açılışında iştirak etsinlər. Nümayəndə heyətinin başçısı İmişlidən və Parçabaddan keçməklə İranla birbaşa dəmir yolu rabitəsi yaradılması, İran, Azərbaycan və Türkiyənin iştirakı ilə avtomobil ehtiyat hissələrinin birgə istehsalına dair müştərək müəssisəsinin yaradılması, Sovet İttifaqı dövründə İrandan Bakıya çəkilmiş qaz kəmərinin bərpası barədə təkliflərini də açıqladı.

Azərbaycan Prezidenti Heydər Əliyev qonağın verdiyi məlumatı və irəli sürdüyü təklifləri müsbət qiymətləndirərək dedi ki, mən Tehranda səfərdə olanda da bildirmişəm ki, biz İran ilə bütün sahələrdə əlaqələrimizi sürətləndirməli və genişləndirməliyik. Təbiidir ki, burada iqtisadiyyat xüsusi yer tutur və bütün bu işlərin əsasını təşkil edir. Ona görə də güman edirəm ki, siz təkliflərinizi birlikdə müzakirə edəcəksiniz. Bu işlərlə bizim tərəfdən iqtisadi inkişaf naziri məşğul olur. Eyni zamanda o, Azərbaycan-İran müştərək komissiyasının ölkəmiz tərəfindən sədridir, siz gəlməmişdən əvvəl mən ona tapşırıq vermişəm ki, bu işlərlə ciddi məşğul olsun.

Dəmir yolu çox əhəmiyyətli məsələdir. İran üçün də, təbiidir ki, Azərbaycan üçün də ən əsas məsələdir. Beş il bundan əvvəl biz sizinlə Qəzvin-Astara dəmir yolunun çəkilməsi barədə söhbət aparırdıq, hər dəfə deyirdiniz ki, pulumuz yoxdur, çətindir və sair. Bu dəfə mən Tehranda olanda bildim ki, Qəzvin-Astara yolunun tikintisi üçün büdcədən pul ayrılıbdır və yol çəkilir. Amma Miyanə-Ərdəbil-Parsabad xətti daha yaxın yoldur. Əgər siz burada dəmir yolu çəksəniz çox yaxşı olacaqdır. Onda dəmir yolu Parsabad və Ərdəbildən keçərək Miyanəyə gələcək və oradan Təbrizə, Tehrana, Bəndər Abbasa, Hindistana da gedəcəkdir.

Dövlətimizin başçısı vurğuladı ki, hər ölkədə problemlər çoxdur, amma hamısını həll etməyə vəsait, pul çatmır. Ona görə də həmişə belə fikirdə olmuşam ki, bu problemlərdən ən vaciblərini seçib vəsaiti bu sahəyə yönəltmək, sonra da digər işləri görmək lazımdır. Dünən mən televiziya ilə qulaq asırdım. Şimal-Cənub dəhlizi barədə siz Hindistanla, Omanla, Rusiya ilə birlikdə müqavilə bağlamısınız. Biz də bəyanat vermişik ki, Azərbaycan bu işə qoşulur. Gərək ki, bu məsələ Sankt-Peterburqda həll olunmalı idi. Bilmirəm, həll olundu, yoxsa yox. Ancaq mən Tehranda da dedim, indi də deyirəm: siz istəyirsiniz ki, Avropadan yükləri Baltik dənizindən gəmilərlə gətirəsiniz. Gəmilər Volqa çayından keçib Həştərxana, oradan Ənzəliyə gəlsin, burada yükləri boşaldıb dəmir yolu vaqonlarına yükləyəsiniz. Əlbəttə ki, bu, əlverişli yoldur. Amma digər sərfəli marşrut odur ki, Avropanın istənilən ölkəsindən yüklər Rusiyaya, oradan isə Azərbaycana gətirilir. Azərbaycandan isə ya Astaraya, ya da Parsabada gətirilir, oradan da birbaşa Hindistana, yaxud da Bəndər Abbasa göndərilir.

İndi hamı çalışır ki, iş görsün, amma bu, ucuz başa gəlsin. Mən İranda da demişəm: Şimal-Cənub layihəsinə, yəni Volqa-Xəzər marşrutu ilə bağlı layihəyə biz qoşuluruq. Amma bundan da yaxşısı dəmir yollarından istifadə edilməsidir. Mən bunu sizə təklif edirəm. Siz bunun üzərində işləyin. Bilirsiniz ki, çox böyük gəmilər Volqadan keçə bilmirlər. Amma dəmir yolu ilə, istəyirsənsə, 100 vaqonu bir-birinə qoş, yola sal. Bunlar öz yerində, amma Parsabaddan keçən dəmir yolunun tikilməsini mən çox yüksək qiymətləndirirəm. Biz hələ Şimal-Cənub dəhlizi layihəsi həll olunana qədər burada çox işləri görmüş olacağıq.

Təbriz bizim üçün əzizdir. Dediniz ki, burada universitetdə görüş keçirərkən Təbriz deyəndə hamının gözləri yaşardı. Niyə? Ona görə ki, Təbrizə məhəbbətləri var. Bu məhəbbət həmişə var. Bunu yaddan çıxarmaq olmaz. Burada adamlar var ki, övladının adını Təbriz qoyublar. “Təbriz” adı verilmiş nə qədər binalar var. Xatirimdədir, 1975-1976-cı illərdə mən Azərbaycanda işləyəndə Naxçıvanda hündür mehmanxana tikdik, adını “Təbriz” qoyduq. Onda yollar bağlı idi, amma Təbriz qəlbimizdə idi. Bu şəhərin adı hamının qəlbindədir, mənim də qəlbimdədir. İndi deyirsiniz ki, Təbrizə gəlim. Azərbaycanın Təbrizdə konsulluğunun açılmasında gəlib sizinlə birlikdə iştirak edərəm.

Görüşün sonunda Prezident Heydər Əliyevə xatirə olaraq Səhənd dağının mənzərəsini əks etdirən tablo hədiyyə olundu.

İqtisadi inkişaf naziri Fərhad Əliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əhəd Qəzai və digər rəsmi şəxslər qəbulda iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ