Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 147, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.08.2026 [17:42]
Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO
- 10.08.2026 [16:17]