Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
Tbilisi, 6 iyun, AZƏRTAC
Ermənistanda parlament seçkilərinə bir gün qalıb. Sabah ölkə vətəndaşları seçki bülletenində 18 siyasi partiya və ittifaq arasında seçim edəcəklər.
AZƏRTAC xəbər verir ki, iyunun 6-sı Ermənistanda “sükut günü”dür. Bu da seçki kampaniyası və ya təşviqatının qadağan olunduğu deməkdir.
Qanunvericiliyin xüsusiyyətlərinə görə, bu və ya digər qüvvəyə əlavə mandatların verilməsi üçün normalar olmadığı təqdirdə, ən azı 105 deputat seçiləcək. Ermənistan parlamenti proporsional sistem üzrə, yəni yalnız partiya siyahıları ilə seçilir. Ermənistan Milli Məclisinin 9-cu çağırışında yerlər uğrunda 18 siyasi qüvvə mübarizə aparır. Onlardan 16-sı siyasi partiya, 2-si isə partiya ittifaqıdır. Parlamentə daxil olmaqdan ötrü limit partiyalar üçün 4 faiz, ittifaqlar üçün isə 8 faizdir.
Vətəndaşlar və media seçkilərdə favoritləri kimi üç əsas namizədi göstərir. Bunlar indiki Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası, ikinci yeri Samuel Karapetyanın "Güclü Ermənistan" alyansı və üçüncü yeri keçmiş prezident Robert Köçəryanın "Ermənistan" alyansı tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]