Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir

Bakı, 8 sentyabr (AZƏRTAC). Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verdi ki, Azərbaycanda idmanın inkişafına diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edən Azərbaycanda nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Son illərdə ölkədə futbolun inkişafı ilə bağlı görülən işlər də təqdirəlayiqdir. 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubiley tədbirlərinin ən möhtəşəmi Bakıda Olimpiya Stadionunun təməlinin qoyulması olmuşdur. Bunun ardınca paytaxtda daha bir mühüm futbol kompleksinin - “Bakı” futbol klubunun təlim-məşq bazasının tikilməsi idmanın bu növünün inkişafı istiqamətində atılan vacib addımlardan biridir.

Bildirildi ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın məqsədi də ölkəmizdə idmanın bu növünün sürətli inkişafına, o cümlədən respublikamızın beynəlxalq çempionatlarda yüksək səviyyədə təmsil edilməsinə nail olmaqdır.

Təlim-məşq bazası ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, 5 hektara yaxın ərazidə inşa olunmuş kompleksə 5 stadion daxildir. Onlardan üçü təbii, ikisi süni örtüklüdür. Süni örtüklü stadionun biri açıq, digəri isə qapalıdır.

Süni örtüklü stadionda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu, regionda ən böyük qapalı futbol meydançasıdır. Uzunluğu 75, eni 45 metr olan meydançanın ümumi sahəsi 3375 kvadratmetrdir. Ən son texnologiyalar əsasında qurulan stadionun arakəsmə və üst qatında istifadə olunan materiallar odadavamlıdır. Avro-2 standartına uyğun süni örtük döşənən meydançanın tavanı İtaliyanın dünyada bu sahədə ixtisaslaşan nüfuzlu “Plasteco Milano” şirkəti tərəfindən hazırlanmışdır. Kompleksdə dünya standartları səviyyəsində yaradılan infrastruktur futbolun inkişafı, futbolçuların peşəkarlığının artırılmasında mühüm rol oynayacaq, yarışların keçirilməsinə imkan verəcəkdir.

Sonra dövlətimizin başçısı təlim-məşq bazasının mətbuat mərkəzində yaradılan şəraitlə tanış oldu. Mərkəzdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolar nümayiş olunur. Burada mətbuat işçilərinin fəaliyyəti üçün nəzərdə tutulan 100 nəfərlik zalda hər cür şərait yaradılmışdır. Mərkəz tam avtomatlaşdırılmış, texniki təchizat yüksək səviyyədə təmin edilmişdir. “Bakı” futbol klubunun müxtəlif vaxtlarda qazandığı uğurları əks etdirən kubok və medallar da mərkəzə gələn qonaqlara nümayiş etdirilir.

Bildirildi ki, Azərbaycanda uşaq futbolunun inkişafı diqqət mərkəzindədir. “Bakı” futbol klubunun da məqsədi ölkədə idmanın bu növü üzrə milli kadrların yetişməsinə nail olmaqdır. Bunun üçün seçmə üsulu ilə “Bakı” futbol klubuna cəlb olunmuş 8 yaşından 18 yaşına qədər uşaq və gənclər kompleksdə yaşayır və məşq edirlər. Uşaqlara və gənclərə futbolun sirlərini yerli kadrlarla yanaşı, Türkiyə və Bolqarıstandan dəvət olunmuş mütəxəssislər öyrədirlər. Qeyd olundu ki, bu gün “Bakı” futbol klubu bütün yaş qrupları üzrə daxili çempionatlarda uğurla təmsil olunur. Hətta kompleksin ərazisində çimərlik futbolunun inkişafı da diqqətdən kənarda qalmamış, burada qum örtüklü meydança yaradılmışdır.

Prezident İlham Əliyev kompleksdə gənc futbolçuların yaşayış şəraiti ilə də tanış oldu. Məlumat verildi ki, kompleksdə klubun Futbol Akademiyası da fəaliyyət göstərir. Burada bütün yaş qrupları üzrə məşqlərə cəlb edilən uşaqların yaşayış yerləri, təlim-məşq zalları yaradılmış, onların idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq quraşdırılmışdır. Gün ərzində həkim-mütəxəssislər gənc futbolçuların mənəvi-psoxoloji hazırlığı ilə məşğul olurlar.

İnzibati mərkəzin də yerləşdiyi akademiya binasında konfrans zalı, kinozal, yeməkxana, soyunub-geyinmə otaqları, yüksək səviyyəli qonaqlar üçün oyunları müşahidə zalı yaradılmışdır. Bildirildi ki, hazırda akademiyada 400 uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulur. Ölkədə yeni nəsil futbolçuların yetişməsini qarşıya məqsəd qoyan “Bakı” futbol klubu son 7 ildə iki dəfə Azərbaycan çempionu olmuş, iki dəfə isə ölkə kubokunu qazanmışdır. “Bakı” Avropa Liqasının pley-off mərhələsinə yüksələn iki Azərbaycan klubundan biridir.

Komplekslə tanışlıqdan sonra “Bakı” futbol klubunun üzvləri və məşqçilərlə görüşən Prezident İlham ƏLİYEV onları salamlayaraq dedi:

- Mən sizi gözəl bazanın yaradılması ilə əlaqədar təbrik edirəm. Görülən işlər təqdirəlayiqdir. “Bakı” futbol klubunun təcrübəsi və təşəbbüsü dəstəklənməlidir. Əminəm ki, yaxın zamanlarda Azərbaycanın bütün klublarının belə gözəl infrastrukturu olacaqdır.

Bu qurğu həm Azərbaycanda, həm də bütün regionda ən yaxşı komplekslərdən biridir, - deyən Prezident İlham Əliyev yığma komandamızın son vaxtlar layiqli futbol nümayiş etdirməsinin onu sevindirdiyini bildirdi. Mən ölkəmizin bütün klublarına azarkeşlik edirəm, - deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, onlar Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.

Prezident İlham Əliyev bildirdi ki, burada yaradılan şərait klub rəhbərliyinin və futbol ictimaiyyətinin idmanın bu növünə olan münasibətinin nəticəsidir. Milli komandada nəsillərin dəyişməsi prosesinin uğurla getdiyini diqqətə çatdıran dövlətimizin başçısı, yaradılan yüksək şəraitlə müsbət nəticələrə nail olmağın mümkünlüyünü qeyd etdi.

FİFA prezidentinin son illərdə üç dəfə Azərbaycanda olduğunu və onun ölkəmizə dəstək verdiyini vurğulayan Prezident İlham Əliyev sonda “Bakı” futbol klubuna uğurlar və yeni qələbələr arzuladı.

Klubun baş məşqçisi Aleksandr Starkov regionlardan yığılan və bütün təbəqələrdən olan ailələrin uşaqlarının məşq prosesinə cəlb edildiyini, onlar üçün bütün imkanların yaradıldığını dedi və bunu dövlətin idmana göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirdi. O, klub üzvləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısına “Bakı” futbol klubunun xatirə hədiyyəsi təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mədəniyyət və incəsənətimiz radiodalğalarında – yeni layihələr

Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

Laqodexidə 300-dən çox yaşı olan Qabal kəndi – soydaşlarımızın qədim yaşayış məskəni

İyunun 30-da Azərbaycan dilindən imtahan verəcək abituriyentlərin nəzərinə

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı 3,5 dəfə artıb

Zəngilanda keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu davam edir

Azərbaycan nefti cüzi bahalaşıb

Neftçalada saxlanılan şəxsdən 12 kiloqram narkotik götürülüb

Lənkəranda yanğın zamanı yaşlı qadın həlak olub

Yevlaxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb VİDEO

Culian Assanj Britaniyanı tərk edib 

Culfada bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Misirdə 33 antik qəbir aşkar edilib

Amerika Kuboku: Kolumbiya qalib gəlib, Braziliya xal itirib

Avropa Komissiyası “Apple” şirkətini cərimələməyə hazırlaşır

Culian Assanj ABŞ hökuməti ilə razılaşıb

İndoneziya məlumat mərkəzinə kiberhücum olub

Pentaqon rəhbəri israilli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Hanter Baydenin vəkilləri təkrar məhkəmə ilə bağlı vəsatət qaldırıblar

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olub

Metyu Miller: Azərbaycan və Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edirik

Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəlib

“Turkish Airlines” doqquzuncu dəfə Avropanın ən yaxşı aviaşirkəti elan olunub

Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub

Türkoloqlar Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı: Belə nəticə əldə edəcəyimizə inanırdıq

Yığmanın baş məşqçisi: Bu nəticə idmançılar üçün böyük motivasiyadır

Firdovsi Umudov: Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır

2024-cü ildə ABŞ-da polis 545 nəfəri qətlə yetirib

Avropa birinciliyində yüksək nəticələr əldə edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar

DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü

Bakıda “Rus klassikası” adlı qala-konsert keçirilib

Bayram günlərində Türkiyənin muzey və mədəni obyektlərini milyondan çox adam ziyarət edib

Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

Xankəndi şəhərində elmi-praktik konfrans keçirilib

Qubada sel Qusarçayın sahilini yuyub, yol çöküb VİDEO

Türkər Əliyeva: Mediasiya tərəflərə mübahisələri daha qısa müddətdə həll etməyə imkan yaradır

QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər VİDEO

Professor Mönsüm Alışovun 70 illik yubileyi qeyd olunub

Bakıda 150-dən çox şirkətin məhsul və xidmətlərini təqdim etdiyi “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir YENİLƏNİB VİDEO

Salyan şosesinin bir hissəsində təmir işlərinə başlanılıb

Azərbaycan basketbol millisi Avropa çempionatına hazırlığın ikinci mərhələsinə start verib

Azərbaycanlı şahmatçı İngiltərə çempionu olub

Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb

Samux rayonunda “Son zəng” tədbirləri barədə təlimatın pozulduğu məktəbin direktoru işdən azad edilib

“Aztelekom”un 3000-ə yaxın əməkdaşına əməyin mühafizəsi üzrə təlimlər keçilib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu təqdimatlarla davam edib

Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi olub VİDEO

AZAL növbəti dəfə Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın “yaşıl enerji” siyasətinin mahiyyətini açdı ŞƏRH

“Sabah” klubu yamaykalı futbolçunu transfer edib

Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub

Azərbaycanlı bəstəkarın şəhidə həsr etdiyi əsər Polşada birinci yerə layiq görülüb

Xətai rayonunda fəaliyyət göstərən bazarda plandankənar yoxlama aparılıb

Bənövşəyi xətdə qatarların hərəkət qrafiki dəyişdirilir

Azərbaycanda Rusiya Mədəniyyəti Günləri başlayır

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Almaniyada polis zorakılığı faktlarının araşdırılması üzrə vəziyyət pisləşir

DİM: Ötən il hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

Polis serjantı Mirəli Heydərov Kürdəmirdə torpağa tapşırılıb FOTO VİDEO

Beynəlxalq Qurama Festivalına Şuşada yekun vurulub

Son beş ayda ƏƏSMN-in e-xidmətlərinə 1 milyon 400 mindən çox müraciət qeydə alınıb

Çad Respublikasının gənclər və idman naziri Milli Gimnastika Arenasında olub

AZƏRTAC-ın növbəti təcrübə proqramının iştirakçılarına sertifikatlar verilib

Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb

Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Muğam Mərkəzi Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edəcək

Avstriyada polis zorakılığının araşdırılması üçün müstəqil qurum yaradılması tələb olunur

Naxçıvanda müəllimlərin növbəti sertifikatlaşdırılma prosesi yekunlaşıb

“Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib

Eşqi Bağırov: Növbəti tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır

“Sənətkarın dostu” layihəsi davam edir

DİM: Ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

“İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq

Rektor: ECOLEAD platforması ətraf mühit problemlərinin həllinə töhfə verəcək

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Şahzadə Anna xəstəxanaya yerləşdirilib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

Rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərə qeydiyyat tamamlanıb

Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib

“Media ayı” çərçivəsində təlimlər davam edir

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ŞƏRH

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində Avropanın enerji ehtiyaclarının həlli yollarını göstərdi - Politoloq

Avro-2024: Çexiya–Türkiyə oyununun hakimləri açıqlanıb

“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq