RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İNTEL ŞİRKƏTİNİN PREZİDENTİ KREYQ BARETİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Prezident sarayında İntel şirkətinin prezidenti Kreyq Baretin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Kreyq Baret rəhbərlik etdiyi şirkətlə Azərbaycanın müvafiq qurumları arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu söylədi. Qonaq səfərinin Azərbaycanda informasiya texnologiyaları inkişafı istiqamətində görülən işlərlə və bu sahənin perspektivləri ilə yaxından tanış olmaq üçün yaxşı imkanlar yaratdığını bildirdi.
Prezident İlham Əliyev ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişaf etdirilməsinin Azərbaycanın ümumi iqtisadi inkişafının prioritet sahələrindən biri olduğunu vurğuladı. Bu baxımdan Azərbaycanın İntel şirkəti ilə əməkdaşlığının gələcək perspektivlərinin müzakirə olunmasının əhəmiyyətli olduğu bildirildi.
######