Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış etmişlər VİDEO

Brüssel, 21 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 21-də Brüsseldə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış etmişlər.

 

Avropa İttifaqı Şurasının prezidenti

Herman Van Rompuyun

bəyanatı

- Xanımlar və cənablar!

Bu gün yenidən Azərbaycan Prezidenti İlham Əliyevi salamlamaqdan məmnunam. Biz artıq bir neçə dəfə görüşmüşük. Sonuncu dəfə keçən il iyulun 5-də Bakıya səfərim zamanı görüşümüz olub və Sizə qonaqpərvərliyiniz üçün bir daha təşəkkür edirəm.

Bu gün biz səmimi, geniş və konstruktiv müzakirələr apardıq. Bu müzakirələr Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı maraq doğuran sahələri və eyni zamanda, münasibətlərimizin inkişafını əhatə etdi.

 Digər mövzularla yanaşı, biz enerji məsələsini də müzakirə etdik. Mən hər iki tərəf üçün vacib strateji layihə olan “Cənub” qaz dəhlizində əldə edilən əhəmiyyətli nailiyyətlərlə bağlı razılığımı bildirdim. Bu işə rəhbərliyinə görə Prezident Əliyevə təşəkkür etdim. Daha geniş şəkildə desəm, mən təsdiq etdim ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır, biz enerji sahəsində birgə çalışaraq, böyük nailiyyətlər əldə etmişik. Amma biz daha çox iş görə bilərik.

Mən bir daha qeyd etdim ki, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan ilə demokratik və müştərək dəyərlər, xüsusilə insan hüquqları və fundamental azadlıqlar sahəsində uzunmüddətli və köklü əməkdaşlıqda qəti niyyətlidir.

Biz, həmçinin 2013-cü ildə reallaşdırılacaq əsas tədbirləri nəzərdən keçirdik və qiymətləndirdik. Bunlardan biri əlbəttə ki, prezident seçkiləridir. Avropa İttifaqı ümid edir ki, bu seçkilər yüksək standartlara uyğun keçiriləcəkdir. Biz, həmçinin Şərq tərəfdaşlığındakı irəliləyişləri nəzərdən keçirdik və mən Assosiativ Müqaviləyə əsaslanan yeni münasibətlərin qurulması ilə bağlı güclü niyyətimi bildirdim. Nəhayət, biz regional və beynəlxalq məsələləri müzakirə etdik. Bu müzakirələr zamanı Prezidentin fikirləri və perspektivlər mənim marağıma səbəb oldu. Gözlədiyiniz kimi, mən vurğuladım ki, Avropa İttifaqı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll edilmədən Cənubi Qafqazda sabitliyə nail oluna bilməz və biz ATƏT-in Minsk qrupunun vasitəçilik cəhdlərini dəstəkləməkdə davam edirik.

Mən həftənin əvvəlində Laf Erndə iştirak etdiyim “Böyük Səkkizlik”in sammitində Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin verdikləri bəyanatları dəstəklədiyimi bildirdim. Minsk qrupu ölkələrinin prezidentləri tərəflərin rəhbərlərini Helsinki prinsiplərinə, xüsusilə də güc tətbiq etməməyə, güc təhlükəsinin olmamasına, ərazi bütövlüyünə, bərabər hüquqlara və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinə qayıtmağa çağırırlar. Onlar regionda gərginliyin artmasına və münaqişənin irəliləməsinə gətirib çıxara biləcək istənilən fəaliyyətdən qaçmağa çağırırlar. Mən, həmçinin münaqişə tərəfləri arasında olan uçurumu aradan qaldırmağa yönəlmiş hazırkı tədbirləri genişləndirmək niyyətimi bir daha bildirdim.

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yaxşıdır. Bizim uzunmüddətli öhdəliyimiz Assosiativ Müqavilə üzrə danışıqları tamamlamağa yönəlmiş işlərimiz vasitəsilə bu münasibətləri daha da möhkəmləndirməkdir. Assosiativ Müqavilə ilə bizim münasibətlərimiz potensialını tam şəkildə reallaşdıra bilər.

Cənab Prezident! Səfərinizə görə Sizə təşəkkür edirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin

bəyanatı

- Şərhlərinizə görə çox sağ olun cənab Prezident. Dəvətinizə görə sağ olun. Burada yenidən olmaqdan və münasibətlərimizə aid mühüm məsələləri müzakirə etməkdən çox məmnunam.

Azərbaycana Sizin səfərinizi mən də xatırlayıram. Bu, münasibətlərimiz üçün əhəmiyyətli səfər idi. Bu, Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana ilk səfəri idi. Bakıda və ondan əvvəl burada - Brüsseldə apardığımız müzakirələr əlaqələrimizin gələcək inkişafı üçün çox vacibdir. Çünki münasibətlərimizə aid yanaşmamız üst-üstə düşür. Azərbaycan Avropaya mümkün qədər  yaxın olmaq arzusundadır. Azərbaycan “Şərq tərəfdaşlığı” proqramının  fəal iştirakçısıdır. Avropaya nə qədər yaxın olsaq bir o qədər inkişaf, demokratik inkişaf üçün imkanlarımız çox olar. Biz bu sahədə əməkdaşlığa görə Avropa təsisatlarına olduqca minnətdarıq. Hesab edirəm ki, demokratikləşmə, insan hüquqları kimi sahələrdə inkişaf Azərbaycana öz siyasi islahatlarını ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirməsində yardım edir. Əlbəttə, Siz də qeyd etdiniz ki, bu gün biz bu məsələni müzakirə etdik. Biz birmənalı olaraq bu sahələrdə əməkdaşlığı davam etdirəcəyik.

Cənab Prezident, qeyd etdiyiniz kimi, bu gün biz, həmçinin bir çox məsələləri əhatə etdik. Biz xüsusi olaraq regional sabitlik və təhlükəsizlik, münaqişənin həlli məsələsinə toxunduq. Biz ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin verdiyi bəyanatı yüksək dəyərləndiririk. Biz onlara minnətdarıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini gündəliyin əsas hissəsində saxlayırlar və  onlar  “səkkizlər” qrupu kimi mötəbər forumundan öz münasibətini və narahatlığını bildirmək üçün istifadə etdilər. Biz onların münaqişənin mümkün qədər tez həllinə nail olmaq üçün bütün lazımi addımların atılmasına dair verdikləri şərhləri tam dəstəkləyirik.

Helsinki Yekun Aktına edilən istinad çox vacibdir. Helsinki Yekun Aktı məsələnin hansı prinsipilər əsasında həllini açıq şəkildə müəyyən edir. Xalqların öz müqəddəratını təyin etməsi ölkələrin ərazi bütövlüyünə zidd olmalı deyildir. Ermənistana gəldikdə, onlar artıq müqəddəratını təyin ediblər və Ermənistan dövləti artıq mövcuddur. Erməni xalqının ikinci dəfə öz müqəddəratını Azərbaycan ərazisində təyin etməsi qəbuledilməzdir. Azərbaycan  münaqişənin beynəlxalq hüquq  normaları, o cümlədən Azərbaycanın beynəlxalq  səviyyədə  tanınmış  ərazilərindən Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsi  əsasında  mümkün qədər tez həllində maraqlıdır.

Biz bu gün, həmçinin enerji təhlükəsizliyi məsələlərini geniş şəkildə müzakirə etdik. Azərbaycan enerji təhlükəsizliyi sahəsində artıq Avropa təsisatlarının mühüm tərəfdaşı hesab olunur. Sonuncu görüşümüzdən sonra bu sahədə də çox müsbət irəliləyiş olub. TANAP layihəsinin elan edilməsi “Cənub” qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaqdır. Ümidvarıq ki, bu yaxınlarda qəbul olunacaq qərarlar Avropanın enerji xəritəsini tamamilə dəyişəcək belə bir mühüm enerji layihəsinin həyata keçirilməsi üçün əlavə şəraitlər yaradacaqdır.  Bu halda bütün tərəflər udur. Azərbaycan Avropada uzunmüddətli proqnozlaşdırılan qaz bazarını özü üçün müəyyən edəcəkdir. Avropa isə uzun müddət, onilliklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yararlanacaqdır.  Bu sahədə sıx tərəfdaşlıq, xüsusən də “Cənub” qaz dəhlizinin yaradıldığı bir vaxtda  atılan addımlar bu layihənin uğurlu reallaşması üçün çox vacibdir.

Əlbəttə ki, biz regional sabitlik və təhlükəsizlik məsələlərini müzakirə etdik. Fikrimcə, Azərbaycan regionda daha çox sabitləşdirici rol oynayır. Ümidvarıq ki, gələn illər ərzində biz bir çox müsbət dəyişiklikləri görəcəyik. Bir sözlə, cənab prezident, göstərilmiş qonaqpərvərliyə və görüşmək imkanına görə bir daha çox sağ olun. Mən inanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıq davam edəcəkdir. Siz qeyd etdiyiniz kimi, bu münasibətlər yaxşıdır. Biz bu yaxşı münasibətləri daha da yaxşılaşdırıb onları əla etmək üçün birgə işləməliyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC “Məzun günü” keçirib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib