Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN QADINININ BÜTÜN SAHƏLƏRDƏ ROLU BÖYÜKDÜR

Paris, 17 noyabr (AZƏRTAC). YUNESKO ilə Azərbaycan arasında sıx əlaqələr vardır. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu nüfuzlu quruma xoşməramlı səfir seçildikdən sonra bu əlaqələr daha da inkişaf etmiş, YUNESKO ilə Azərbaycanın birgə həyata keçirdikləri layihələrin sayı artmış və təşkilatda respublikamızla bağlı tədbirlərin təşkili intensiv hal almışdır. Noyabrın 17-də YUNESKO-da keçirilmiş “Azərbaycan günü” bu əlaqələrin bariz nümunəsidir.

Azərbaycanın Baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin rəhbərlik etdiyi geniş tərkibdə Azərbaycan nümayəndə heyəti ölkəmizlə bağlı tədbirdə iştirak etmək üçün Parisə gəlmişdir. Nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Elmlər Akademiyasının vitse- prezidenti Akif Əlizadə, tanınmış elm və mədəniyyət xadimləri daxildir.

Tədbir Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş “Azərbaycan qadını: dünən, bu gün və sabah” adlı konfransla başlamışdır.

Konfransı Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Eleonora Hüseynova açaraq “Azərbaycan günü” ilə bağlı görüləcək işləri sadalamış, belə bir günün YUNESKO-da keçirilməsinin mühüm hadisə olduğunu vurğulamışdır.

Nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Elçin Əfəndiyev demişdir: Mən azərbaycanlı kimi, Azərbaycan vətəndaşı və yazıçısı, nəhayət Azərbaycan hökumətinin nümayəndəsi kimi, bugünkü sevincimi, daxili fəxarət hissimi sizinlə bölüşmək istəyirəm. YUNESKO-da “Azərbaycan günü”nün keçirilməsi ölkəmiz üçün tarixi hadisədir.

Azərbaycan YUNESKO ilə sıx əlaqə saxlayan ölkələrdən biri, bəlkə də birincisidir. Azərbaycan xalqının böyük abidəsi olan “Kitabi-Dədə Qorqud”un 1300 illiyi, dahi Füzulinin 500 illiyi, “Leyli və Məcnun” operasının, görkəmli alim Yusif Məmmədəliyevin, gözəl insan və tanınmış yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 100 illiklərini burada qeyd etmişik.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra mədəniyyət sahəsi ölkədə ən prioritet sahələrdən biri olmuşdur. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın dünya birliyinə inteqrasiya prosesində mədəniyyət məsələlərinə xüsusi önəm verirdi. Bu siyasət bu gün də davam edir. Ölkəmizlə bağlı bu tədbirlər Prezident İlham Əliyevin xüsusi sərəncamları əsasında keçirilir. YUNESKO ilə Azərbaycan arasında əlaqələrin, münasibətlərin bu dərəcədə sıx, bu dərəcədə effektli təşkil olunmasında və inkişaf etməsində respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolu vardır.

Baş nazirin müavini konfransın Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunduğunu xatırlatmış, diplomatiyamızın qədim dövrlərə təsadüf etdiyini, 1500-cü ildə Səfəvilərin hökmdarlığı illərində Avropanın bir çox ölkələrinin, o cümlədən Fransanın Azərbaycanla diplomatik əlaqələr yaratdıqlarını, Roma Papası ilə əlaqə saxlandığını və bunlara dair sənədlərin Fransa muzeylərində mühafizə edildiyini diqqətə çatdırmışdır.

Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Azərbaycan diplomatiyası tarixinin 1918-ci ildə Şərqdə ilk demokratik hakimiyyət qurmuş Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı vaxta təsadüf etdiyini, bu dövlətin cəmi 23 ay yaşadığını, qısa bir vaxtda fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan diplomatiyasının yaranmasında xüsusi rola malik olduğunu bildirmişdir. Tarixi köklərə malik olan Azərbaycan diplomatiyası bu gün beynəlxalq sahədə uğurla fəaliyyət göstərir. 1992-ci ildən etibarən ölkəmiz dünyanın bir çox beynəlxalq təşkilatları, o cümlədən YUNESKO ilə əməkdaşlığa başlamış və bu qurumun tamhüquqlu üzvu olmuşdur. Azərbaycan bu gün YUNESKO ilə sıx əməkdaşlıq edir. Sevindirici haldır ki, Azərbaycan YUNESKO-nun elm, təhsil və mədəniyyət kimi sahələrində xüsusi fəallıq göstərir.

Azərbaycanda diplomatik xidmət sürətlə inkişaf edir. Əgər 2003-cü ildə Azərbaycanın xarici ölkələrdə 26 diplomatik nümayəndəliyi vardısa, bu gün onların sayı 65-ə çatmışdır. Bura səfirliklər və beynəlxalq təşkilatlardakı nümayəndəliklər daxildir. Onlar beynəlxalq həyatda fəal iştirak edirlər.

YUNESKO baş direktorunun müavini Hans d’Orvill YUNESKO-da “Azərbaycan günü”nün keçirilməsini qurumla Azərbaycan arasında sıx əlaqələrin olmasına dəlalət etdiyini diqqətə çatdırmış, Azərbaycanda mədəni irsin və qeyri-maddi mədəni irsin qorunmasında, mədəniyyətin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirmiş, qadın və kişi bərabərliyinin təşkilatın ən mühüm prioritetlərindən biri olduğunu, Azərbaycanda bu məsələnin müvəffəqiyyətlə həyata keçirildiyini bildirmişdir.

Azərbaycan qadınının dünənki, bugünkü və sabahkı fəaliyyətinə toxunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hələ XV əsrdə Sara xatunun bir azərbaycanlı qadın diplomat kimi danışıqlarda iştirak etdiyini, Xll və XlX əsrlərin məşhur qadın şairlərinin yaşadıqları dövrün ağır şəraitinə baxmayaraq ölməz əsərlər yaratdıqlarını, bu qadınların timsalı Avropada Şərq qadını barədə formalaşmış yanlış fikirlərin çürüklüyünü üzə çıxarmış, onların mövhumatın əsirinə çevrilmələri barədəki faktı alt-üst etdiyini bildirmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ölkədə qadın hərəkatı geniş vüsət almışdır. Nəinki Şərq aləmində, habelə dünyada belə ilk dəfə Azərbaycan qadınına seçmək və seçilmək hüququ verilmişdir. Hətta bu gün inkişaf etmiş Avropa ölkələrinin əksəriyyətində bu məsələ çox sonralar öz həllini tapmışdır.

Fransız oxucularının yaxşı tanıdığı yazıçı Ümbülbanu Əsədullayeva azərbaycanlı qadın olub Avropada məşhur olmuşdur.

Sovetlər birliyi dövründə cinslər arasında fərq götürülsə də, qadınların ölkənin ictimai-siyasi həyatında iştirakına müəyyən məhdudiyyətlər qoyulmuşdur. Rejimin çətinliklərinə baxmayaraq, bir çox qadınlar müxtəlif sahələrdə yüksək vəzifələr tuta bilmişlər. Onların arasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Zərifə xanımın oftalmologiya sahəsində əldə etdiyi uğurlar nəinki Azərbaycanda, habelə onun hüdudlarından kənarda məşhur olmuşdur. Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin yeni bir istiqamətinin əsasını qoymuşdur. Onun əsərləri bütün ərəb dünyasında yaxşı tanınmışdır.

Azərbaycan ailələrində xeyirxahlıq təcəssümü hesab edilən qadına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində aman verilmədi. Münaqişə nəticəsində minlərlə azərbaycanlı qadın qaçqın və məcburi köçkünə çevrilmişdir.

Müstəqilliyini bərpa etmiş Azərbaycanda indi elə bir sahə yoxdur ki, orada qadın fəaliyyət göstərməsin. Elm, təhsil, mədəniyyət sahələri ilə bərabər digər sahələrdə də minlərlə qadın çalışır. Onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı balanslaşdırılmış siyasət nəticəsində bu gün ölkəmiz qüdrətli dövlətə çevrilmişdir. Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva zəngin mədəniyyətimizin dünyada tanınmasında böyük əmək sərf edir. Konstitusiya Məhkəməsində və Ali Məhkəmədə qadınların iştirakı getdikcə artır. Milli Məclisin üç müavinindən biri, daimi komitələrdən birinin sədri qadındır. 125 deputatdan 14-ü qadındır. 15 qadın akademik adına layiq görülmüşdür. Elmi dərəcə almış iki min qadın xalq təsərrüfatının müxtəlif sahələrində çalışır, 3 qadın universitet rektorudur. Bütün bunlar Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında mühüm rola malik olmasını əks etdirir.

2006-cı ildə ölkəmizdə gender bərabərliyi barədə qanun qəbul edilmişdir. Bu, azərbaycanlı qadınların bütün sahələrdə fəaliyyətinə geniş yollar açır.

Fransa Strateji və Diplomatik Araşdırmalar Mərkəzinin fəxri sədri, beynəlxalq məsləhətçi Jan-İv Şevalye, “Yol” jurnalının redaktoru, sənətşünas alim Lalə Kazımova, arxeologiya elmləri doktoru xanım Bertiy Lionnet, filologiya elmləri doktoru, Beynəlxalq Diplomatiya Akademiyasının müəllimi Şirin Melikof və AMEA-nın müxbir üzvü, kimyaçı alim, institut direktoru Elmira Ramazanova Azərbaycan qadınının ədəbiyyat və diplomatiya, incəsənət və elm sahələrindəki fəaliyyətlərindən, Şərqdə və Avropada ilk dəfə olaraq 1918-ci ildə azərbaycanlı qadınlara seçmək və seçilmək hüququnun verilməsindən bəhs etmişlər.

Konfrans zamanı Azərbaycan qadınının fəaliyyətindən, mədəni həyatdakı rolundan bəhs edən slaydlar nümayiş etdirilmişdir.

Konfransda YUNESKO-nun rəsmiləri, Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev, müxtəlif ölkələrin səfirləri, akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Fransa ictimaiyyətinin nümayəndələri, diasporumuzun təmsilçiləri, tələbələrimiz iştirak etmişlər.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb VİDEO

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb