MƏDƏNİYYƏT
Azərbaycan qədim sivilizasiyaya malik olan ölkədir
![Azərbaycan qədim sivilizasiyaya malik olan ölkədir](/files/2014/2/1200x630/14092224615802838159_1200x630.jpg)
AZƏRTAC xəbər verir ki, hər biri 40 nəfər məktəblidən və 5 nəfər bələdçidən ibarət qruplar günün ikinci yarısında Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Lahıcı gəzdilər, yerli ustaların hazırladıqları çoxsaylı, özünəməxsus naxışlarla bəzədilmiş sənət nümunələri ilə tanış oldular. Burada məktəblilərə qəsəbə, onun tarixi, insanların yaşayış tərzi, məşğuliyyəti və s. barədə ətraflı məlumat verildi.
Ucardan olan qrupun rəhbəri, 5 nömrəli şəhər tam orta məktəbinin direktoru Hakim Nəcəfov AZƏRTAC-a müsahibəsində dedi: “ Lahıc qəsəbəsi ilə tanışlıq məktəblilərdə yüksək əhval-ruhiyyə yaradıb su kəməri, kanalizasiya (kürəbənd), tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən sənətkarlıq nümunələri hər kəs üçün çox maraqlıdır. Azərbaycan qədim sivilizasiyaya malik olan bir diyardır. Bunu Lahıc, habelə ölkəmizdəki yüzlərlə bu kimi tarixi məkanlar sübut edir”.
Tur-aksiyanın Azərbaycanı öyrənmək baxımından əhəmiyyətini qeyd edən H. Nəcəfov daha sonra bildirdi: “Oxumaqla alınan məlumatın öz yeri var, gözlə görüb şahid olmağın öz yeri. Şübhə etmirəm ki, bu 4 günlük səfər məktəblilərdə Vətən sevgisini daha da artıracaq.”
Ucar və Yevlax məktəbliləri İsmayıllıdan Qəbələ istiqamətində yola düşdülər.