RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ HÖKUMƏTİ ARASINDA İQTİSADİ, TİCARƏT VƏ TEXNİKİ ƏMƏKDAŞLIQ ÜZRƏ BİRGƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN AZƏRBAYCAN RESPUBLİKASI TƏRƏFİNDƏN TƏRKİBİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2006-cı il noyabrın 20-də Əbu-Dabi şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında saziş”ə müvafiq olaraq, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:
Komissiyanın həmsədri
Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Komissiyanın üzvləri:
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Gülməmməd Cavadov - Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Bəhram Əliyev - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Sabir İlyasov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
Aftandil Babayev - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin müavini
Cahangir Hacıyev - Azərbaycan Respublikası Beynəlxalq Bankının İdarə Heyətinin sədri
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfinin tərkibi barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə müvafiq bildiriş göndərsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 may 2008-ci il.