Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 11, maddə 406, № 16, maddə 706; 1993-cü il, № 5, maddə 133; 1994-cü il, № 9, maddə 96; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 1999-cu il, № 3, maddə 164, № 4, maddə 215, № 5, maddə 286; 2001-ci il, № 3, maddə 147, № 12, maddə 745; 2002-ci il, № 6, maddə 328, № 8, maddə 463; 2004-cü il, № 2, maddə 57, № 7, maddə 507; 2006-cı il, № 3, maddə 219) aşağıdakı dəyişikliklər edilsin:

1. 8-ci maddədə:

1.1. birinci hissədə “20” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin;

1.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

“Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı elan olunduqdan sonra 20 gün müddətində qanunla müəyyən olunmuş muddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə uçotda olduğu hərbi komissarlığa, hərbi uçotda olmayan çağırışçılar isə yaşayış yeri üzrə hərbi komissarlığa gəlməlidirlər.”.

1.3. səkkizinci hissədə “Üzrsüz” sözü “Üzrlü səbəblər olmadan qanunla müəyyən olunmuş müddətdə çağırış məntəqələrinə gəlməyən şəxslər, habelə üzrsüz” sözləri ilə əvəz edilsin.

2. 17-ci maddənin birinci hissəsində:

2.1. 1-ci və 4-cü bəndlərdə “və ya ikinci” sözləri çıxarılsın;

2.2. 2-ci bənddə “ya ikinci” sözləri çıxarılsın.

3. 19-cu maddədə:

3.1. birinci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“Ümumtəhsil məktəblərini bitirdikdən sonra mülkiyyət formasından asılı olmayaraq dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:”;

3.2. “q” bəndində “əyani formada təhsil alan” sözləri “əyani formada ali təhsilin birinci – bakalavr (ali tibbi təhsil üçün, o cümlədən internatura) pilləsində təhsil alan” sözləri ilə əvəz edilsin;

3.3. “ğ” bəndi çıxarılsın.

II. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 688; 2000-ci il, № 7, maddə 494; 2002-ci il, № 8, maddə 464; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005-ci il, № 10, maddələr 874, 876, 902; Azərbaycan Respublikasının 2006-cı il, 10 oktyabr tarixli 159-III QD nömrəli Qanunu) 29-cu maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar prokurorluq orqanlarında qulluğa qəbul edilmirlər.”.

III. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 12, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57; 2005-ci il, № 4, maddə 274, № 7, maddə 590; Azərbaycan Respublikasının 10 oktyabr 2006-cı il, 158-IIIQD nömrəli Qanunu) 15-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.”.

IV. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 443) 9-cu maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.”.

V. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 452, № 12, maddə 731; 2002-ci il, № 12, maddə 706; 2005-ci il, № 10, maddə 902; Azərbaycan Respublikasının 2006-cı il, 10 oktyabr tarixli, 159-IIIQD nömrəli Qanunu) 15-ci maddəsi çıxarılsın.

VI. ”Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı, № 7, maddə 586) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. aşağıdakı məzmunda 4.3-cü maddə əlavə edilsin:

“4.3. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə qulluğa qəbul edilmirlər.”.

2. 4.3-4.9-cu maddələr müvafiq olaraq 4.4-4.10-cu maddələr hesab edilsin.

VII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin