AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, I kitab, maddə 250, №5, maddə 323; 2002-ci il, №12, maddə 709; 2003-cü il, №8, maddə 420; 2004-cü il, №3, maddə 123, №5, maddə 318, №6, maddə 415, №10, maddə 761, №11, maddə 901; 2005-ci il, №2, maddə 61, №6, maddə 466, №8, maddələr 684, 692, 693, №11, maddə 996, №12, maddə 1085; 2006-cı il, №2, maddə 68, №3, maddə 225, №5, maddə 387, №6, maddə 478, №8, maddə 657) 146.3-cü maddəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir.”.
II. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 740; 2002-ci il, №12, maddə 706; 2003-cü il, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005-ci il, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006-cı il, №3, maddələr 223, 225, №6, maddə 481; Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 180-IIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 10.4-1-ci və 10.4-2-ci maddələr əlavə edilsin:
“10.4-1. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
10.4-1.1. Bakı şəhərində - 110 manat;
10.4-1.2. digər şəhər və rayonlarda - 44 manat”.
10.4-2. Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
10.4-2.1. Bakı şəhərində - 55 manat;
10.4-2.2. digər şəhər və rayonlarda - 22 manat”.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2007-ci il.