Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 688; 2000-ci il, № 7, maddə 494; 2002-ci il, № 8, maddə 464; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005-ci il, № 10, maddələr 874, 876, 902; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 159-IIIQD nömrəli və 22 dekabr tarixli 211-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 8-ci maddənin birinci hissəsinə aşağıdakı redaksiyada beşinci abzas əlavə edilsin, beşinci, altıncı və yeddinci abzaslar müvafiq olaraq altıncı, yeddinci və səkkizinci abzaslar hesab edilsin:
“- Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu;”;
2. 12-ci maddə üzrə:
2.1. beşinci hissəyə aşağıdakı redaksiyada üçüncü abzas əlavə edilsin, üçüncü abzas müvafiq olaraq dördüncü abzas hesab edilsin:
“- Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu;”;
2.2. on üçüncü hissədə “idarə və şöbə rəisləri, Hərbi Prokurorluğun” sözləri “Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə, şöbə rəisləri və” sözləri ilə əvəz edilsin;
3. aşağıdakı redaksiyada 14-1-ci maddə əlavə edilsin:
“Maddə 14-1. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu
Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru rəhbərlik edir.
Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun müavini, böyük köməkçiləri və köməkçiləri vardır.
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda şöbələr və digər struktur bölmələri yaradıla bilər. Bu şöbələrə Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun böyük köməkçiləri hesab edilən şöbə rəisləri, prokurorlar və müstəntiqlər təyin edilə bilər.
Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğunun işçilərini Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir. Naxçıvan Muxtar Respublikası Hərbi prokuroru həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verə bilər.
Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru bu Qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası Naxçıvan Muxtar Respublikasının Hərbi prokurorluq işçiləri üçün məcburidir.”;
4. 16-cı maddə üzrə:
4.1. birinci hissədə “Naxçıvan Muxtar Respublikası prokurorunun” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun,” sözləri əlavə edilsin;
4.2. ikinci hissədə “Naxçıvan Muxtar Respublikasının prokuroru” sözlərindən sonra “, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru” sözləri əlavə edilsin;
5. 29-cu maddənin yeddinci hissəsində “Naxçıvan Muxtar Respublikasının prokuroru,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru,” sözləri əlavə edilsin.
II. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 452, № 12, maddə 731; 2002-ci il, № 12, maddə 706; 2005-ci il, № 10, maddə 902; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 159-IIIQD nömrəli və 22 dekabr tarixli 211-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin:
1. 10.0.3-cü maddədə “Naxçıvan Muxtar Respublikası prokurorunun müavini,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru,” sözləri əlavə edilsin;
2. 10.0.4-cü maddədə “Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisləri,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun müavini,” sözləri əlavə edilsin;
3. 10.0.5-ci maddədə “Naxçıvan Muxtar Respublikası Prokurorluğunun idarə və şöbələrinin böyük prokurorları, mühüm işlər üzrə müstəntiqləri,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbə rəisləri,” sözləri əlavə edilsin;
4. 10.0.6-cı maddədə “Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə prokurorları və böyük müstəntiqləri,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbələrinin
böyük prokurorları, mühüm işlər üzrə müstəntiqləri, prokuror-kriminalistləri” sözləri əlavə edilsin;
5. 10.0.7-ci maddədə “yeddinci təsnifat - ” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbə prokurorları” sözləri əlavə edilsin;
6. 10.0.8-ci maddədə “səkkizinci təsnifat - ” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun köməkçiləri, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun böyük müstəntiqləri,” sözləri əlavə edilsin;
7. 10.0.9-cu maddədə “doqquzuncu təsnifat - ” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun müstəntiqləri,” sözləri əlavə edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin