Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİNFƏALİYYƏTİNİN TƏMİN EDİLMƏSİ İLƏ BAĞLIBƏZİ MƏSƏLƏLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan aşağıdakı qurumların əsasnamələri təsdiq edilsin:

1.1. Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə;

1.2. Mülki Müdafiə qoşunları haqqında Əsasnamə;

1.3. Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti haqqında Əsasnamə;

1.4. Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə;

1.5. Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə;

1.6. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə.

2. Ləğv olunmuş Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu (Mühəndis-axtarış Mərkəzi ilə birlikdə), “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutu, “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu və Tikintidə Qiymətqoyma Mərkəzi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilsin.

3. “Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 13 dekabr tarixli 244 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Agentliyinin adı Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi adlandırılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

5.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Əsasnaməsinin layihəsini hazırlayıb on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin