SİYASƏT
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşmüşdür
![Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşmüşdür](/files/2013/3/1200x630/14071451671935747618_1200x630.jpg)
Tehran, 30 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə Təbriz şəhər bələdiyyəsinin yeni sədri Sadiq Nəcəfi ilə görüşmüşdür.
S.Nəcəfini bələdiyyə sədri seçilməsi münasibətilə təbrik edən baş konsul Bakı ilə Təbrizin qardaşlaşmış şəhərlər olduğunu, Azərbaycanın digər şəhərləri ilə də iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsində Təbriz şəhərinin önəmli rola malik olduğunu diqqətə çatdırmışdır.
Təbrikə görə təşəkkürlərini bildirən yeni bələdiyyə sədri Təbriz şəhəri ilə Bakı və Azərbaycanın başqa şəhərləri arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsində yaxşı potensialın mövcudluğunu vurğulamış, əməkdaşlığın inkişafında və təcrübə mübadiləsində Təbriz bələdiyyəsinin maraqlı tərəf olduğunu qeyd etmişdir.
Görüşdə Azərbaycan Respublikasının bələdiyyələri ilə Təbriz bələdiyyəsi arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin təşkili və bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran