İDMAN
Azərbaycan şahmatçıları Avropa komanda çempionatında çıxış edəcəklər
![Azərbaycan şahmatçıları Avropa komanda çempionatında çıxış edəcəklər](/files/2017/3/1200x630/1509027106476936026_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 27-dən noyabrın 7-dək Yunanıstanın Krit adasında kişilərdən və qadınlardan ibarət şahmat komandaları arasında Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, kişi şahmatçıların turnirində 40 komanda, qadınların turnirində isə 32 yığma qeydiyyata alınıb. Avropa çempionatı İsveçrə sistemi üzrə 9 turda keçiriləcək. Komandaların tərkibində 4 əsas, bir ehtiyat oyunçu var.
Kişi şahmatçıların yığmasında Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov təmsil edəcəklər. Onların əsas rəqibləri Rusiya, Ukrayna, İngiltərə, İsrail, Macarıstan və Polşa komandaları olacaq.
Qadın şahmatçılarının yığmasında Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə və Xanım Balacayeva çıxış edəcəklər. Onlar Rusiya, Ukrayna, Gürcüstan və Polşa komandaları ilə qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]
Avropa çempionu olan sərbəst güləş yığması Vətənə qayıdıb
- 02.07.2024 [12:29]