Azərbaycan səfiri etimadnaməsini İƏT-in baş katibinə təqdim edib
Ər-Riyad, 14 mart, AZƏRTAC
İslam Əməkdaşlığı Təşkilatının (İƏT) rəsmi saytında verilən məlumata görə, Azərbaycanın Ər-Riyaddakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın İƏT yanında daimi nümayəndəsi təyin edilmiş Şahin Abdullayev etimadnaməsini bu təşkilatın baş katibi Yusif Əl-Osayminə təqdim edib.
AZƏRTAC xəbər verir ki, baş katib bu təşkilatla Azərbaycan arasında qarşılıqlı əlaqələrin səviyyəsini, həmçinin İƏT-in gündəliyinin təbliğində Azərbaycan rəhbərliyinin fəal rolunu yüksək qiymətləndirib. Yusif Əl-Osaymin xüsusi vurğulayıb ki, İƏT bu qurumun üzvü olan bütün dövlətlərin rifahı naminə Azərbaycan ilə ticarət, turizm, mədəniyyət, gənclər və idman sahələrində sıx əməkdaşlıq etməyə çalışır.
Səfir Şahin Abdullayev, öz növbəsində, İƏT-in sülhə, təşkilat daxilində münasibətlərin möhkəmlənməsinə kömək məsələlərində roluna və bəşəriyyət üçün ümumi maraq doğuran müxtəlif məsələlər barəsində prinsipial mövqeyinə görə Azərbaycanın İƏT-ə təşəkkürünü bildirib. Diplomat Azərbaycanın İƏT ilə münasibətləri daha da inkişaf etdirmək, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi imkanlarını öyrənmək əzmində olduğunu təsdiq edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]