Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesinə başlanılmasından bir il ötür

Bakı, 18 yanvar, AZƏRTAC

İki ildən çoxdur ki, bütün dünya yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparır. İlk dəfə 2019-cu ilin dekabrın sonunda Çinin Uxan şəhərində qeydə alınan COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2020-ci il martın 11-də pandemiya elan edilib. Azərbaycanda COVID-19 virusuna ilk yoluxma faktı 2020-ci il fevralın 28-də qeydə alınıb. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə dərhal ciddi tədbirlərə başlanılıb, xüsusi karantin rejimi tətbiq edilib. Virus yayılmağa başlayan ilk vaxtlardan etibarən dünyanın qabaqcıl ölkələri koronavirus əleyhinə peyvənd istehsal etmək üçün yollar axtarmağa, hazırlanmış yeni vaksin nümunələrini sınaqdan keçirməyə başlayıblar. ÜST 2020-ci ilin dekabrın sonunda COVID-19 əleyhinə vaksinlərin istifadəsinə icazə verib. 2021-ci il yanvarın 18-də isə Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesinə başlanılıb.

AZƏRTAC ötən bir il ərzində Azərbaycanın COVID-19-la mübarizədə vaksinasiya strategiyası, ədalətsiz peyvənd bölgüsü ilə bağlı mübarizə tədbirləri, həmçinin pandemiyanın sonlanması üçün ölkə daxilindəki təcrübələrin regional və beynəlxalq müstəvidə tətbiqi barədə məlumatları diqqətə çatdırır.

Azərbaycanın COVID-19 əleyhinə vaksinasiya siyasəti

Ölkədə peyvəndləmə prosesi 2021-ci il yanvarın 16-da təsdiqlənmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən həyata keçirilir. Azərbaycanda 2021-ci il yanvarın 18-dən başlayaraq ilk növbədə xüsusi risk qrupuna aid vətəndaşlar və yaşı 65-dən yuxarı olanlar, daha sonra isə müvafiq olaraq yaşı 50-dən, 40-dan, həmin ilin mayın 10-dan başlayaraq isə yaşı 18-dən yuxarı olan şəxslər peyvəndləməyə cəlb edilib. Dünya təcrübəsinə əsaslanaraq bir müddət sonra, ölkədə 2021-ci ilin sentyabrın 7-dən etibarən 16-18 yaşlı yeniyetmələrin, oktyabrın 5-dən isə 12-15 yaşlıların vaksinasiyasına başlanılıb. 2021-ci ilin avqust ayından, həmçinin iki doza vaksinasiyadan 5-6 ay vaxt keçmiş vətəndaşların, xüsusilə də risk qrupuna aid şəxslərin qüvvətləndirici - “buster” doza ilə peyvəndlənməsi ölkənin səhiyyə qurumları tərəfindən tövsiyə edilib.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlayan ilk ölkədir. Dövlətimiz pandemiyanın ilk günlərindən etibarən lazımi addımları atmaqla, beynəlxalq təşkilatlarla dərhal müvafiq əməkdaşlığa başlamaqla buna nail olub. Alimlərin fikrincə, pandemiyanın sonlanması üçün kollektiv immunitetin formalaşması vacibdir və bu, əsas hədəfdir. Kollektiv immunitetin formalaşması üçün isə ölkə əhalisinin 60-70 faizinin peyvənd olunması lazımdır. Azərbaycan həmin hədəfə yaxındır, çünki ümumi əhalinin təxminən 47 faizi, 18 yaşdan yuxarı əhalinin isə təxminən 65 faizi iki doza peyvənd alıb.

Prosesin nizamlı təşkil olunması məqsədilə peyvənd olunmaq istəyən vətəndaşlar “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürürlər. Vətəndaş seçdiyi peyvənd məntəqəsi, tarix, saat və məkana əsasən tibb müəssisəsinə yaxınlaşır və peyvəndin birinci dozasını vurdurur. Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İlkin müraciət zamanı ikinci doza üçün də eyni saat aralığı və məkana uyğun avtomatik elektron növbə verilir. COVID-19 xəstəliyi əleyhinə iki doza vaksin vurduranlara “Peyvənd sertifikatı”, xəstəliyə yoluxub sağalanlara isə “İmmunitet sertifikatı” təqdim edilir.

Hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur. Vaksinasiya prosesi uğurla davam etdirilir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 672 min 89, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 200 min 330, ikinci mərhələ üzrə 4 milyon 714 min 478, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 757 min 281 təşkil edir. Vaksin olunanlardan 552 nəfəri 12-18 yaşlı yeniyetmələrdir.

Azərbaycanın ədalətsiz peyvənd bölgüsünə qarşı mübarizəsi

Azərbaycan beynəlxalq səviyyədə koronavirus pandemiyasına qarşı mübarizə aparır. Vaksinlərin ədalətli bölgüsü və əlçatanlığının təmin edilməsi məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən dövlətlərdən biri də Azərbaycandır. Prezident İlham Əliyev beynəlxalq platformalarda çıxış edərək dünya ölkələrini COVID-19 infeksiyası ilə qlobal şəkildə mübarizəyə səsləyir, “vaksin millətçiliyinin” yolverilməzliyini qeyd edir, inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərin bərabər paylanmaması ilə bağlı həyəcan təbili çalır. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsi istiqamətində qlobal liderliyini davam etdirir.

Qoşulmama Hərəkatının sədri olaraq dövlətimizin təşəbbüsü ilə təşkilatın tarixində ilk dəfə olaraq videoformatda Xüsusi Sessiya çağırılıb. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü keçirilib. Zirvə görüşünün praktiki nəticəsi olaraq, Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir. Həmin görüşdə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya keçirilib.

2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev “peyvənd millətçiliyi”ni tənqid edərkən problemin həlli üçün Qoşulmama Hərəkatı adından Azərbaycanın BMT Baş Assambleyasında qətnamə irəli sürəcəyini elan edib. Azərbaycan tərəfindən irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə 2021-ci il dekabrın 16-da BMT Baş Assambleyasında 179 ölkənin dəstəyi ilə qəbul edilib. Həmin qətnamənin qəbul edilməsi ilə beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVID-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı təşəbbüslərini dəstəklədiyini bir daha nümayiş etdirib. Yəni, Azərbaycanın koronavirusla mübarizə strategiyasının qlobal faydalılığı artıq qəbul edilib.

Azərbaycan Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, ümumilikdə 30-dan çox ölkəyə pandemiya ilə mübarizə çərçivəsində humanitar və maliyyə yardımı göstərib. Həmçinin Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü olaraq yardım edib. Ölkələrin pandemiya səbəbindən bir sıra sosial-iqtisadi problemlərlə üzləşdiyi dövrdə Azərbaycan azgəlirli dost ölkələrə qardaş əlini uzadıb. Azərbaycan tərəfindən Qırğızıstan, Özbəkistan və Tacikistana, eyni zamanda, Türk Dövlətləri Təşkilatı vasitəçiliyi ilə Afrika ölkələrinə humanitar yardım kimi vaksinlər çatdırılıb. Azərbaycan pandemiya dövründə real təşəbbüslər göstərir və yalnız milli çərçivədə mübarizə aparmaqla məhdudlaşmır.

Azərbaycanda COVID-19-un profilaktikası

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycanın bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub.

Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il yanvarın 30-da “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib. COVID-19 virusunun yayılma coğrafiyasının genişliyini nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib. Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. Həmçinin sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılır. Ötən müddət ərzində ölkədəki epidemioloji vəziyyətdən asılı olaraq karantin tədbirləri ya sərtləşdirilib, ya da yumşaldılıb.

COVID-19-un son aylarda prioritetə çevrilən ştamı “omikron”dur. “Omikron” ştamı qeydə alındıqdan sonra dünyada koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə edilir. Mütəxəssislərin fikrincə, bu, həmin mutant variantın yüksək yoluxduruculuq xüsusiyyəti ilə əlaqəlidir. “Omikron” ştamı yanvarın 10-da Azərbaycanda da qeydə alınıb. Ölkənin səhiyyə qurumları bildirib ki, aparılan tədqiqatların nəticələrinə əsasən, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5-6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün “buster” doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.

Görülən işlərin nəticəsidir ki, Azərbaycan koronavirus səbəbindən ən az itki verən ölkələr sırasındadır. İndiyədək ölkədə ümumilikdə 626 min 85 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 608 min 777 nəfər müalicə olunaraq sağalıb, 8 min 529 nəfər həyatını itirib, aktiv xəstə sayı 8 min 779 nəfərdir. Həmçinin Azərbaycan ölkədəki profilaktik tədbirləri, eyni zamanda, vaksinasiya siyasəti ilə bir neçə dəfə ÜST tərəfindən nümunə göstərilib.

Son həftələrdə mütəxəssislər pandemiyanın sonunun yaxınlaşdığı ilə bağlı proqnozlar verirlər. İstənilən halda, Azərbaycan pandemiya ilə mübarizəyə tam hazır vəziyyətdədir. Yəni, dövlətimiz hətta yarana biləcək növbəti dalğalardan belə həmişə olduğu kimi yenə də minimum itkilərlə çıxa bilər. Prezident İlham Əliyevin “biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”, - ifadəsini nümunə götürərək pandemiya ilə mübarizədəki birliyimizi qoruyub saxlamalıyıq. Azərbaycan dövləti koronavirusla bağlı ölkədəki vəziyyəti nəzarətdə saxlayır, mütəmadi vaksinasiya tədbirləri dövlətin daim diqqət mərkəzindədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb