Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Klinika Azərbaycanda ilk dəfə HIMSS beynəlxalq akkreditasiya sertifikatını əldə edib YENİLƏNİB

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycanda və hətta regionda ilk dəfə olaraq tibb müəssisələri arasında TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə edib.

AZƏRTAC xəbər verir ki, sertifikat HIMSS-in önəmli qiymətləndirmə modulu hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim olunub. Sözügedən modul stasionar xidmət göstərən səhiyyə müəssisələrində istifadə olunur.

Sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz, səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim edilir.

EMRAM modulu üzrə VI səviyyə akkreditasiya sertifikatının əldə edilməsi layihəsi çərçivəsində Türkiyə və Portuqaliya kimi ölkələrin təcrübələri yaxından öyrənilib.

Rusiya və Şərqi Avropada HIMSS attestasiyasından keçən cəmi iki klinika mövcuddur.

Sertifikatın əldə olunması ilə bağlı təşkil edilən tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Yeni Klinikanın direktoru Barat Yusubov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı, dövlət və özəl tibb müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov səhiyyə sahəsində rəqəmsallaşma, tibdə innovativ texnologiyaların tətbiqi prosesinin sürətlə genişlənməsi, eləcə də TƏBİB tərəfindən bu istiqamətdə həyata keçirilən layihə və tədbirlər barədə geniş məlumat verib. O bildirib ki, artıq TƏBİB tabeliyindəki xəstəxanalarda pasiyentlərin qeydiyyatı elektron formada aparılır. Yeni Klinikanın HIMSS VI səviyyə sertifikatı almasını böyük nailiyyət adlandıran İcraçı direktor qeyd edib ki, bu sistem xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasına böyük töhfə verəcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev müasir dövrdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də rəqəmsallaşdırılma işlərinin aparılmasının labüdlüyünü, icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə keçid zamanı görülən hazırlıq işləri çərçivəsində tibb müəssisələrinin elektronlaşdırılmasının prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Son 15 ildə tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı çox sayda işlər görülsə də, icbari tibbi sığortanın tətbiqi üçün elektronlaşdırılmanın təkmilləşdirilməsinə zərurət var idi. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində aparılan elektronlaşdırmanın nəticəsi olaraq bu gün bütün müraciətlər vahid platforma üzərindən aparılır. Elektron sistemin qurulması imkan verir ki, biz göstərilən xidmətləri təhlil edib tibb müəssisələrinə ödənişləri vaxtında həyata keçirək. Gördüyümüz işlər artıq öz bəhrəsini verməkdədir. Ümid edirəm ki, digər tibb müəssisələri də Yeni Klinikaya təqdim edilən bu sertifikatı almaq üçün müvafiq tədbirlər görəcəklər. Nəticə etibarilə tibb müəssisələrinin elektronlaşdırılması, həm də vətəndaşlara göstərilən tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılmasına xidmət edir”.

Yeni Klinikanın direktoru Barat Yusubov isə çıxışında səhiyyə ocağının fəaliyyətə başladığı ilk gündən bütün əsas proseslərin elektron qaydada aparıldığını qeyd edib. O bildirib ki, HIMSS-in EMRAM modulu üzrə sertifikatın əldə edilməsi üçün işlərə başlamadan öncə Yeni Klinikada detallı analizlər aparılıb və sertifikatın əldə edilməsi ilə bağlı bütün tələblər cari vəziyyətlə qarşılaşdırılıb. Beynəlxalq tibbi yeniliklərin mütəmadi olaraq təqib edildiyi klinikada, həmçinin süni intellektin tətbiq formasının analizi və pasiyentləri əhatə edən rəqəmsal xidmətlərin artırılması istiqamətində bir sıra layihələr həyata keçirilib.

B.Yusubov xidmət keyfiyyətinin, pasiyent məmnuniyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin edilməsi, tibbi personalın təcrübəsinin genişləndirilməsi, iqtisadi səmərəliliyin artırılması üçün sertifikatın müstəsna rolunu vurğulayıb.

Deputat Məlahət İbrahimqızı isə səhiyyənin rəqəmsallaşdırılmasının və texnologiyaların tətbiqinin dövlətimizin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Daha sonra TƏBİB-in tabeliyindəki “Rəqəmsal Tibbi Həllər” MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov HIMSS sertifikatına dair təqdimatla çıxış edib. Təqdimatda TƏBİB-in nümayəndə heyətinin HIMSS-in təşkil etdiyi bir neçə konfransda iştirak etdiyi, Yeni Klinikanın cari vəziyyətinin sertifikatın tələblərinə uyğun olaraq analiz edilməsi, standartlara uyğunluğunun yoxlanılması istiqamətində 2 il ərzində ardıcıl iş aparıldığı qeyd edilib.

Çatışmayan tələblərin təmin edilməsi zamanı Yeni Klinikada tələblərə uyğun olaraq iş prosesləri “Rəqəmsal Tibbi Həllər MMC” ilə birgə avtomatlaşdırılaraq təkmilləşdirilib və ən yüksək səviyyədə elektronlaşdırma işləri icra edilib.

Tədbirdə Yeni Klinikanın beynəlxalq standartlara cavab verən infrastrukturuna dair videoçarx nümayiş olunub.

Tədbir media nümayəndələrinin sual-cavab sessiyası ilə başa çatıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Xəstəxana İdarəetmə Sistemləri Cəmiyyəti - HIMSS 1961-ci ildə təsis edilib. Təşkilatın fəaliyyət istiqamətlərindən biri də Cəmiyyətə məxsus 7 mərhələli yetkinlik modulları üzrə standartları tətbiq etmiş tibb müəssisələrinə beynəlxalq sertifikatların təqdim edilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: “Qalatasaray” böyükhesablı qələbə qazanıb

Berlində azərbaycanlı gənc musiqiçilərin konserti olub

"Mançester Siti" İngiltərə Federasiya Kubokunun finalına vəsiqə qazanıb

Mstislav Rostropoviçin anım günü ilə əlaqədar onlayn fləş-mob keçirilib

Misli Premyer Liqası: "Qarabağ" 12-ci dəfə Azərbaycan çempionluğunu qazanıb

“Liverpul” 20-ci dəfə İngiltərə çempionu olub

Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktiki konfrans keçirilib

İtaliya A Seriyası: "Milan" qalib gəlib, "İnter" öz meydanında uduzub

Hamburqda keçirilən ənənəvi marafona 40 minə yaxın iştirakçı qatılıb

Şəhidlərin və müharibə veteranlarının övladlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Premyer Liqa: “Araz-Naxçıvan” autsayderlə oyunda xal itirib

Xəzər dənizində zəlzələ olub

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" ardıcıl 5-ci oyunda qələbə qazana bilməyib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

® Land Rover ehtiyat hissələri Solo Avtoda!

Bakıda yağış yağacaq, havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Türkiyədə 60-cı Prezidentlik Velosiped Turuna start verilib

Prezident İlham Əliyev Şəhid Rəcai limanında baş vermiş partlayışa görə iranlı həmkarına başsağlığı verib

Valentina Antonenko: Akademik Zərifə Əliyeva kimi dəyərli şəxsiyyətin xatirəsi Ukraynada da böyük ehtiramla yad olunur

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana

Karlo Ançelotti "Real Madrid"i Braziliya millisinə dəyişir

Zaqatala, Balakən və Qaxda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 15 mərkəzdə aparılıb

Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

Londonda 50 mindən çox insanın qatıldığı marafondan - FOTOLAR VİDEO

Londonda 50 mindən çox insanın qatıldığı marafondan - FOTOLAR VİDEO

Peşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanı keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Azərbaycan minifutbol millisi beynəlxalq turnirin qalibi olub

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Azərbaycan cüdo millisinin baş məşqçisi: Həmişə olduğu kimi, komandada bütün idmançılar eyni vaxtda öz potensialını göstərə bilmir

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə əsas imtahanı keçirilib

İspaniyanın Gernika şəhərində dini liderlərin iştirakı ilə beynəlxalq tədbir keçirilib

Kadetlər arasında zona birinciliklərinin final mərhələsinin qalibləri bəlli olub

Sabah bəzi rayonlarda leysan olacaq-PROQNOZ

Gəncədə tibbi aksiya: “Erkən Müayinə – Can Qurtarır!”

Bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib- FAKTİKİ HAVA

Kembricdə azərbaycanlı professorun kitabının təqdimatı olub VİDEO

Kembricdə azərbaycanlı professorun kitabının təqdimatı olub VİDEO

7 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Babək və Şahbuz rayonlarında xeyli sayda hərbi sursatlar aşkar olunub VİDEO

Babək və Şahbuz rayonlarında xeyli sayda hərbi sursatlar aşkar olunub VİDEO

Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı olub

Misli Premyer Liqası: "Qarabağ" bu gün Azərbaycan çempionu ola bilər

Leyla Əliyeva Nepalın Prezidenti Ramçandra Paudellə görüşüb

ABŞ-da pandaların yaşadığı yeganə zooparkdan FOTOREPORTAJ VİDEO

ABŞ-da pandaların yaşadığı yeganə zooparkdan FOTOREPORTAJ VİDEO

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya

Syerra-Leone Respublikasının Prezidenti Zati-aliləri cənab Culius Maada Bioya

Talqat Kaliyev: Bizim yolumuz suveren texnologiyalar və tranzitə nəzarətdir

Yeganə övladı şəhid olan Balaxanı neftçisinin ailəsində yenidən uşaq səsi gəlir

İranın cənubundakı partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb

Rabat Amerikan Məktəbində Mədəniyyət Günü: Azərbaycan zəngin irsi ilə fərqlənib

Bu gün 52 minə yaxın IX sinif şagirdinin buraxılış imtahanı verməsi nəzərdə tutulur

Trans-Xəzər marşrutu üzrə konteyner daşımaları 3 dəfə artıb

Gəncə Dövlət Filarmoniyasında “Sözün gücü” layihəsi təqdim edilib

Türkiyəli ekspert: Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyası üçün qürur mənbəyidir

"Barselona" əlavə vaxtda "Real Madrid"i məğlub edərək İspaniya Kral Kubokunun qalibi olub

Görkəmli Azərbaycan bəstəkarının əsərləri Qahirə Operasında səsləndirilib

İranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, 8 nəfər həlak olub YENİLƏNİB-3  VİDEO

İranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, 8 nəfər həlak olub YENİLƏNİB-3 VİDEO

Kardioloq Fuad Mahmudlu: Həkimlərin Berlin Qurultayı Azərbaycan səhiyyəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır VİDEO

Kardioloq Fuad Mahmudlu: Həkimlərin Berlin Qurultayı Azərbaycan səhiyyəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır VİDEO

Bundesliqa: “Bavariya” vacib üç xalı üç cavabsız topla qazanıb

Gülşən Əhmədli: Berlin qurultayında azərbaycanlı həkimlərin üzv olduğu təşkilatlar arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılır VİDEO

Gülşən Əhmədli: Berlin qurultayında azərbaycanlı həkimlərin üzv olduğu təşkilatlar arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılır VİDEO

Aqil Hüseynzadə: Azərbaycanlı Həkimlərin Berlin Qurultayında əsas mövzulardan biri də süni intellektin tibb sahəsində tətbiqidir VİDEO

Nizami Kino Mərkəzində “Qəhrəmanlıq Varislikdir” sənədli filminin təqdimatı olub

Abbas Əhmədli: Xaricdə yaşayan həkimlərimizin Azərbaycanda səhiyyə sahəsində reallaşdırılan islahatlara töhfələri Berlin qurultayının əsas mövzularındandır VİDEO

Abbas Əhmədli: Xaricdə yaşayan həkimlərimizin Azərbaycanda səhiyyə sahəsində reallaşdırılan islahatlara töhfələri Berlin qurultayının əsas mövzularındandır VİDEO

Superliqa: “Fənərbağça”dan möhtəşəm geridönüş

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib VİDEO

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib VİDEO

Misli Premyer Liqası: “Zirə” Tovuzda “Kəpəz”i məğlub edib

İstanbulda baş vermiş zəlzələdən sonra yeddi mindən artıq binada ciddi zədə aşkar edilib

Missiyalarımızı uğurla tamamladıq: Mən sağlamlığımı, oğlum isə canını qurban verdi – Çernobıl əlili

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib VİDEO

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib VİDEO

Azərbaycanlı pianoçu Kembricdə beynəlxalq festivalda çıxış edib

ADAU-da “Web of Science” platformasına dair təlim keçirilib

Balakəndə 200-ə yaxın sakin oftalmoloji müayinədən keçib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb VİDEO

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb VİDEO

Milli Məclisin sədri Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib

Cəbrayıla səfər edən əcnəbi səyyah: Burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük VİDEO

Cəbrayıla səfər edən əcnəbi səyyah: Burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük VİDEO

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

İsveç İnstitutunun təqaüdçüləri arasında Azərbaycandan olan tələbələr yenidən liderdirlər

Brnoda şəhərin azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

“Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir FOTO

Azərbaycan COP29 Sədrliyinin ilk milli tədbirində Xankəndi Gənclər Paktı imzalanacaq

Xabarovskda Azərbaycan diasporunun dəstəyi ilə uşaq hokkey turniri keçirilib

İngiltərə Premyer Liqası: "Çelsi" qələbə sayəsində dördüncü pilləyə yüksəlib

Rusiya KXDR hərbçilərinin Kursk vilayətinin azad olunmasında iştirakını etiraf edir

Mingəçevirdə növbəti ağacəkmə aksiyası keçirilib

Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb YENİLƏNİB   VİDEO

Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb YENİLƏNİB VİDEO

Çexiyada qızıl xəzinəsi tapılıb

Roma Papası dəfn edilib

Şamaxıda “Erkən müayinə can qurtarır!” tibbi aksiyası keçirilib VİDEO

Şamaxıda “Erkən müayinə can qurtarır!” tibbi aksiyası keçirilib VİDEO

Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik

ABŞ-lı səyyah: Ərazilərin minalardan təmizlənməsi Azərbaycan tarixindəki mənfi səhifəni silməyə kömək edəcək mühüm elementdir VİDEO

ABŞ-lı səyyah: Ərazilərin minalardan təmizlənməsi Azərbaycan tarixindəki mənfi səhifəni silməyə kömək edəcək mühüm elementdir VİDEO

Azərbaycan Özbəkistanda keçirilən festivalda və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

Professor Məhəmməd Dərrac: Fransa Əlcəzairin 300 illik arxivlərinə çıxışı məhdudlaşdırıb

İngiltərəli səyyah: Azərbaycan hökuməti minalı ərazilərin təmizlənməsinə böyük diqqət göstərirVİDEO

İngiltərəli səyyah: Azərbaycan hökuməti minalı ərazilərin təmizlənməsinə böyük diqqət göstərirVİDEO

Türkiyəli ekspert: Region ölkələri Zəngəzur dəhlizinin açılması fürsətini əldən verməməlidir

Polis Xəzər və Nizami rayonları ərazisində oğurluq edən şəxsləri saxlayıb

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib VİDEO

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib VİDEO

Aydar Kurmaşev: Azərbaycan ilə Qazaxıstan arasında ekspert əməkdaşlığının inkişafına diqqəti artırmaq lazımdır - MÜSAHİBƏ