“Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi” adlı konfrans təşkil olunub
Bakı, 6 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Xətai rayon 261 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi” adlı konfrans təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində Ulu Öndərə həsr edilmiş sərgi ilə tanış olublar. Sərgidə 96 inşa yazısı, divar qəzeti, kitab, şagirdin əl işləri və rəsm əsəri nümayiş edilib.
Konfrans dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra konfrans məruzələrin dinlənilməsi ilə davam edib. Konfransda “Heydər Əliyev nəzəri irsində müəllimlik”, “Heydər Əliyev dühası: dahilik, zaman və müasirlik”, “Heydər Əliyev və mədəni irs”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyə edilməsində ən böyük azərbaycanlı - Heydər Əliyev nümunəsi” məruzələr dinlənilib.
Tədbirdə, həmçinin dahi rəhbərə həsr olunmuş mahnılar səslənib, şeirlər oxunub.