SİYASƏT
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Kaliforniya ştatının Monterey şəhərində mərasim keçiriləcəkdir
Bakı, 14 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə oktyabrın 15-dən 22-dək Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, A.Mollazadə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcəkdir. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşmış Monterey şəhər Şurasında qətnamənin qəbul edilməsi və Azərbaycan bayrağının qaldırılması nəzərdə tutulmuşdur.
Səfər müddətində Asim Mollazadə həmçinin San Dieqo şəhərində Bakının Nəsimi rayonu ilə Svitzer Haylend arasındakı tərəfdaşlıq layihəsinə həsr olunmuş mərasimdə də iştirak edəcəkdir.